Icma.az
close
up
RU
Kreditlə yaşamaq: Düşünülmüş qərar, yoxsa son çarə?

Kreditlə yaşamaq: Düşünülmüş qərar, yoxsa son çarə?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Təzə telefon, yeni avtomobil, bahalı məişət texnikası, hətta toya paltar artıq çoxları üçün bu ehtiyaclar real gəlirə deyil, kredit limitinə bağlıdır. Azərbaycanda minlərlə insan maaşını almamışdan öncə hansı bankın borcunu ödəyəcəyini düşünür.

Bank krediti əslində qlobal iqtisadi sistemdə adi və bəzən faydalı bir mexanizmdir. Doğru planlaşdırılsa, bu mexanizm həm istehlakı tənzimləyir, həm də iqtisadiyyata dinamika gətirir. Lakin bu sistem qısa müddətli rahatlıq qarşılığında uzunmüddətli asılılıq yaradırsa, artıq kredit “alət” yox, “yük”ə çevrilir.

Əmək haqqı 800 manat olan bir şəxs 2 il müddətinə 2500 manatlıq telefon götürürsə, bu, daha çox istehlak mədəniyyəti böhranıdır. İstədiyimiz məhsula sahib olmaq üçün gözləmək istəmirik, indiki nüfuz, indiki ehtiyac, indiki görüntü sabahkı sıxıntıya qalib gəlir.

Bir çox halda insanlar real gəlirinə uyğun deyil, gözləntilərinə və cəmiyyətin təzyiqinə uyğun borc altına girir. Toy, ad günü, “uşağın ehtiyacları”, “qonşudan geri qalma” psixologiyası kredit səbəbləri arasında ilk sıralardadır.

Ən təhlükəlisi isə, insanlar artıq kreditlə yaşamağa öyrəşib. Əvvəllər borc utanılası hal idi, indi isə normaldır. Hər ay maaşın bir hissəsi əvvəlki ayın həyat tərzinə xərclənir. İrəliyə yox, geriyə yaşanır.

Burada məsələ təkcə bank sistemi və faizlər deyil. İnsanların maliyyə savadlılığı, dəyərlər sistemi və sosial təzyiqə müqaviməti də rol oynayır. Bəlkə də bizə iqtisadi yardım yox, istəməməyi öyrənmək, gözləməyi bacarmaq və görüntüyə yox, məzmuna fokuslanmaq lazımdır.

Kredit bəzən düşünülmüş qərardır. Məsələn, ev almaq, biznes qurmaq, investisiya etmək üçün. Amma əksər hallarda son çarədir. Yaşamaq üçün maaş çatmayanda, yoxsulluğu ört-basdır etmək istəyəndə və ya sadəcə başqalarının səviyyəsinə çatmaq eşqiylə öz həyatımıza yük yükləyəndə.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri