Icma.az
close
up
RU
“Kreditlərin əksəri əmlakla ödənilir” “Vəziyyət düzəlməyəcək, ən azı yaxın 10 ildə!”

“Kreditlərin əksəri əmlakla ödənilir” “Vəziyyət düzəlməyəcək, ən azı yaxın 10 ildə!”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İstehlak kreditlərində faiz dərəcəsi banklara daha çox sərf edir. Həm də vətəndaş sabah krediti qaytara bilməyəndə onun başına oyun açmaq daha rahatdır”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, insanların gəlirləri və xərcləri arasında disbalans var: Sezar pizza

“Məsələnin kökü ölkədəki sosial-iqtisadi böhrandır. Bunu məmurlar etiraf etməsə də, ölkədə ciddi iqtisadi tənəzzül var. Təbii ki, bu da insanların gəlirlərinin və rifahının azalmasına gətirib çıxarır.

Bu yaxınlarda bəyan edildi ki, Azərbaycan adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə, Ermənistan və Gürcüstandan belə geri qalır. Yəni qonşularımızın iqtisadiyyatı daha çox inkişaf edir. Hələ onu demirəm ki, Azərbaycan sosial bərabərsizlik indeksina görə də Ermənistan və Gürcüstandan geri qalır.

Bir sözlə, ölkəmizdə sosial-iqtisadi bərabərsizlik daha çoxdur. Bu əsnada, əlbəttə, Azərbaycan bankları real iqtisadiyyatı kreditləşdirə bilmir. Ölkədə normal sahibkar olduqca azdır. Banklar hansısa yolla qazanmalıdır. Buna görə də daha çox istehlak krediti verməyə meyillidir”. 

Ə. Həsəsnov qeyd edib ki, götürülən kreditlərin əksəriyyəti insanların gəlirləri hesabına yox, əmlakları hesabına ödənilir:

“Birincisi, istehlak kreditlərində faiz dərəcəsi banklara daha çox sərf edir. Həm də sabah krediti qaytara bilməyəndə onun başına oyun açmaq daha rahatdır. Vətəndaş təbii olaraq, gəlirlər azaldıqca və xərclər artdıqca gündəlik tələbatlarını ödəmək üçün kredit götürür. Axı sıravi cəmiyyət üzvü başa düşmür ki, ölkədə iqtisadi vəziyyət düzəlməyəcək. Ən azı yaxın 10 ildə. O fikirləşir ki, bu gün pisdir, sabah yaxşı olar. Krediti qaytara bilmir və axırda hər şeyini satır.

Bunun özü də dəhşətli problemdir. Hardasa yaxın 10 ildə görəcəyik ki, Azərbaycanda öz evi, mənzili, maşını, torpağı olan insanların sayı azdır. Əmlak çox az sayda insanın əlində cəmləşəcək.

Borcunu verə bilmədikdə məcbursan ki, gedib hər şeyini satasan. İndiki tendensiya da buna aparacaq.

Yeri gəlmişkən, buna görə Daşınmaz Əmlakın Dövlət Reysterini qapalı ediblər. Halbuki normal ölkələrdə belə bir şey yoxdur. Mən məhkəmələri, hərracları görürəm, insanlar əmlakından olur. Yəni götürülən kreditlərin əksəriyyəti gəlirləri hesabına yox, əmlakları hesabına ödənilir”.

Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən, son 5 ildə əhalinin adambaşına düşən kredit borcu (istehlak və ipoteka) 2 dəfədən çox, kredit hesablarının həcmi isə 3 dəfəyədək artıb. Bu müddətdə adambaşına düşən gəlirlərin artımı isə 50%-dən daha aşağı olub. Yəni əhalinin borclanma sürəti onların qazanma sürətini üstələyib. Ümumən 2020-2025-ci (I yarısı) illərdə adambaşına düşən gəlirlərdə kredit borcunun payı 11,2%-dən 17,3%-ə yüksəlib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see196

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see124

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri