Icma.az
close
up
RU
Kreml qəzaya reaksiyanı başlanğıcdan yanlış qurmuşdu TƏHLİL

Kreml qəzaya reaksiyanı başlanğıcdan yanlış qurmuşdu TƏHLİL

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Putinin üzrü bir az da geciksəydi, iki ölkə arasında münasibətlər əvvəlki kimi qalmayacaqdı”


“Ancaq indi bu vəziyyəti artıq birlikdə, normal əməkdaşlıq çərçivəsində həll etmək olar”


Xalqımız və dövlətimiz bu cür həssas və kritik məqamlarda həmrəylik nümayiş etdirməyi, bir yumruq kimi birləşməyi bacarır. Bu dəfə də dövlətimizin prinsipial mövqeyi və ictimai rəy öz sözünü dedi. Rusiya tərəfi Qroznıda vurulan təyyarəmizə görə ölkəmizdən üzr istəməyin zəruriliyini nəhayət ki, anladı və bu addımı atdı. Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını çatdırıb.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.


 AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM sistemi tərəfindən vurulmasını və bu hadisə fonunda aparılan müzakirələri, ölkə ictimaiyyətinin qəzəbini, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri dəyərləndirən siyasi şərhçi Elçin Alıoğlunun sözlərinə görə, Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması yalnız əzizlərini itirənlər üçün faciə deyil. O, “Şərq”ə açıqlamasında qeyd edib ki, bu hadisə regiondakı hava məkanının təhlükəsizliyini sual altına alan siyasi və hərbi bir müəmma halını alıb. 

Bu qəza bir çox suallar və fərziyyələrlə əhatələnib. Hər hansı bir faciə kimi, o da şayiələr dalğası doğurdu. Ekspertin sözlərinə görə, təyyarə qəzasının ən narahatedici aspektlərindən biri güclü Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin qəza yerinə yaxın yerləşdirilməsidir: “Hadisə baş verən ərazidə yüksək texnologiyalı "Tor" və "Pantsir" kimi komplekslər fəaliyyət göstərir. Bu sistemlər pilotsuz uçuş aparatlarının hücumlarını dəf etmək və strateji obyektləri qorumaq üçün nəzərdə tutulub. Lakin onların, hətta təsadüfi olaraq belə, mülki təyyarənin məhv edilməsində iştirak etməsi hərbi texnologiyaların qaranlıq tərəfini üzə çıxarır. İlkin məlumatlara əsasən, təyyarə normal uçuşda olarkən, təxminən 2400 metr hündürlükdə güclü partlayış baş verib. Bu, Qroznı Hava Limanından 18 kilometr şimalda, hərbi nəzarətin həmişə yüksək olduğu bir ərazidə baş verib. Şahidlər güclü bir səs eşitdiklərini və bundan sonra göy üzünün işıqlandığını bildiriblər. Daha sonra təyyarənin qalıqları yerə düşüb və arxasında tüstü izi buraxıb. Hadisə yerinə ilk çatan yerli xidmətlər təyyarənin qalıqlarında partlayıcı maddələrin izlərini aşkar edib. Azərbaycan hakimiyyəti artıq hadisənin araşdırılmasına başlayıb. Bununla yanaşı, Rusiyanın HHM qurumları hələlik heç bir şərh verməyib. Onların susqunluğu isə daha çox suallar doğurur: onlar nəyisə gizlədirlərmi, yoxsa HHM sistemlərinin bu hadisədə iştirakına dair sübutlar həqiqətən yoxdur?”. 

E.Alıoğlunun sözlərinə görə, AZAL aviaşirkətinin sərnişin təyyarəsi ilə bağlı faciəvi hadisə kontekstində bu məsələnin əxlaqi tərəfi üzərində dayanmaq və rus hakimiyyətinin azərbaycanlı dost və müttəfiqlərinə üzr istəmək üçün düzgün sözlər tapmaq cəsarətini nümayiş etdirməsi barədə danışmaq yerinə düşərdi. Onun fikrincə, bu, əlamətdar bir andır: “Çünki əvvəllər, Azərbaycan-Rusiya münasibətlərində bu miqyasda insidentlər olmasa belə, rəsmi Moskva üzr istəməkdən daha çox, öz müdafiəsi üçün bəhanə və arqumentlər axtarmağa üstünlük verirdi. Yəni Rusiya, bu cür situasiyalarda səhvlərini etiraf etməkdən hər vəchlə yayınmağa çalışırdı, çünki belə vəziyyətlərdə fəaliyyət mexanizmi başlanğıcdan yanlış qurulmuşdu. Rusiyanın yüksək siyasi dairələrində qeyri-rəsmi olaraq belə qəbul olunurdu ki, baş vermiş hadisədən və ya dramatik insidentdən dərhal sonra üzr istəmək məsuliyyətin üzərinə götürülməsi anlamına gəlir və müəyyən müddət keçdikdən sonra “üçüncü faktorun təsiri” kimi əlavə detallar üzə çıxa bilərsə, bu, narahat vəziyyət yarada bilər. Məhz bu nöqtədə "düzgün" və "məqsədəuyğun" reaksiya arasında seçim yaranır, yəni sonradan əks təsir göstərmə ehtimalı olan siyasi motivli reaksiya ilə əxlaqi cəhətdən doğru olan addım arasında seçim edilməli olur. Halbuki əxlaqi baxımdan üzr istəmək, hətta avans olaraq da olsa, heç üzr istəməməkdən və ya bunu “sonrakı dövrə” təxirə salmaqdan daha yaxşıdır”.

Siyasi şərhçinin fikrincə, vaxtında gələn üzr, günahkarların dəqiq müəyyənləşdirilməməsinə baxmayaraq, gələcək ikitərəfli siyasi münasibətlər üçün müsbət enerji və pozitiv nəticələr üçün ehtiyatı qorumağa imkan verir: “Alternativ variantdan fərqli olaraq, bu vəziyyətdə daim nəyisə sübut etmək, düşünmək, şahidlər tapmaq və təhlil etmək, bir sözlə, daim özünü müdafiə etmək məcburiyyəti olmur. Prezident Putinin üzrü olmadan Azərbaycan-Rusiya münasibətlərində çox şey əvvəlki kimi qalmazdı. Hərçənd ticarət dövriyyəsi və ümumi layihələr, yəqin ki, davam edərdi, lakin siyasi narahatlıq və münasibətlərdə yaranan çat hissi əbədi qalardı. Üstəlik, rəsmi Moskvanın vaxtında üzr istəməməsi artıq Rusiya-Azərbaycan əməkdaşlığı əleyhinə güclü informasiya kampaniyalarının faktoru olmuş və çox çətin bir fon yaratmışdı. Təbii ki, heç bir üzr aviaqəzada həlak olanları geri qaytarmayacaq və uçuşların təhlükəsizliyi ilə bağlı vəziyyət dərhal düzəlməyəcək. Regional nəqliyyat sahəsində nəticələr və Rusiyaya azı on regional aviareysin dondurulması gözləntiləri bir müddət qalacaq. Ancaq indi bu vəziyyəti artıq birlikdə, normal əməkdaşlıq çərçivəsində həll etmək olar. Əks halda, qarşılıqlı incikliklər, qorxular və nəticə etibarilə Azərbaycan cəmiyyətinin haqlı qəzəbi yığılıb qalardı. Təbii ki, Azərbaycanda çoxları Çeçenistan rəhbəri Ramzan Kadırovdan da üzrxahlıq sözləri gözləyirdi. Ola bilsin, bu hələ qarşıdadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2024 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri