Kreml Zelenskinin keçmiş müşaviri Arestoviçin təklifinə münasibət bildirib
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kreml Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Arestoviçin “Ukraynanın dörd regionunun və Krımın rəsmi tanınma olmadan” Rusiyaya verilməsi təklifinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Arestoviçin fikirlərinin Ukrayna hakimiyyətinin rəsmi mövqeyini əks etdirmədiyini deyib.
Konkret məsələlər üzərində çalışdıqlarını vurğulayan Peskov Kiyevlə bu konkret məsələlərlə bağlı danışıqlarda ciddi fasilə yarandığını qeyd edib.
“Bu, bizim günahımız ucbatından olmayıb”, - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, Arestoviç rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Ukraynanın dörd regionunu (Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri) və Krımı rəsmi tanınma olmadan Rusiyaya verilməsi ideyası ilə razılaşıb.
Xatırladaq ki, Arestoviç Ukraynanı tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Oktyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















