Kremldən Tokayevə CAVAB
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreml Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ukraynada hərbi əməliyyatların dondurulması təklifinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstan Prezidentinə Rusiya Prezidenti Vladimir Putinə verdiyi qiymətə görə minnətdarlıq edib.
Onun sözlərinə görə, şəxsi etimad Putin və Tokayevə ən çətin məsələləri müzakirə etməyə imkan verir.
Peskov qeyd edib ki, Rusiya Prezidenti Qazaxıstan lideri ilə hər görüşdən onu “xüsusi əməliyyat zonası”ndakı vəziyyətlə tanış etmək üçün istifadə edir: “İki prezident arasında şəxsi münasibətlər yaxın, konstruktiv və etibarlıdır və bu, onlara Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlər də daxil olmaqla, beynəlxalq gündəmdəki ən çətin məsələləri müzakirə etməyə imkan verir”.
Qeyd edək ki, Tokayev Berlində Almaniya Kansler Fridrix Mertslə birgə mətbuat konfransında Putini “Rusiyanın rəhbəri kimi Mərkəzi Asiya, Avropa və bütün dünya üçün ən məqbul siyasi fiqur” adlandırıb. O, həmçinin, danışıqlara imkan vermək üçün Ukraynadakı hərbi əməliyyatların dondurulmasına çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 Sentyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















