Icma.az
close
up
RU
Kremldən “tulapayı” alanların Azərbaycan FOBİYASI ADP sədri kimləri HƏDƏF ALDI?

Kremldən “tulapayı” alanların Azərbaycan FOBİYASI ADP sədri kimləri HƏDƏF ALDI?

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Putin hakimiyyətə gəldikdən bəri hər zaman imperialist düşüncə ilə hərəkət edib, “Böyük Rusiya” xəyalı ilə yaşayıb”.

Bu fikirləri Yenicag.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O, rusiyalı bloqer Sergey Mantsayevin Rusiya vətəndaşı olmayan azərbaycanlıların ölkədən qovulması və diaspor üzvlərinin həbs edilməsinə etdiyi çağırışı şərh edərək, bloqerin ciddi şəxs olmadığını, fikirlərinin isə ciddiyə alınmamalı olduğunu bəyan edib:

“Bu sözləri Rusiya rəsmisi deyil, hansısa rus bloqer deyib. O adamın da fikirləri Rusiyada faşizmin nə qədər dərin kök saldığını, rusların təfəkküründə başqa xalqlara qarşı münasibətin nə qədər düşmənçilik səviyyəsində olduğunu, xüsusən də Azərbaycana qarşı ruslarda kin nifrətin nə qədər dərin olduğunu göstərir. Bu elə bir həddədir ki, Rusiya vətəndaşı olan azərbaycanlıların da yeni torpaqlara köçürülməsini təklif edirlər”.

“Son vaxtlar Rusiya və Azərbaycan arasında müəyyən konflikt yaranıb, təyyarəmizi vurublar. Həmçinin açıq-aydın məlum olub ki, Rusiya Azərbaycanda çox ciddi nələrsə hazırlayıb. Məsələn, “Meşə qardaşları”nın fəaliyyətinin aktivləşməsi bunu sübut edir. Rusiya mətbuatı Azərbaycana qarşı çox geniş kiberhücumlar təşkil edirlər, Azərbaycanın əleyhinə təhqiramiz, hədələyici çıxışlar edirlər. Bu da onu göstərir ki, sözügedən anti-Azərbaycan çıxışları bu kontekstdən meydana çıxır”, – deyə o, əlavə edib.

ADP lideri onu da söyləyib ki, Rusiyada ziyalılar, tanınan şəxslər nə Putini dəstəkləyirlər, nə də qardaş, dost hesab etdikləri ölkələrə qarşı Rusiyanın imperialist siyasətini qəbul etmirlər:

“Tək onu demək yetərlidir ki, Rusiya-Ukrayna müharibəsi başlayanda 6 milyon ziyalı Rusiyanı tərk etdi. Eynilə 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda da o qədər şəxs Rusiyanı tərk etmişdi. İndi də Rusiya həmin dövrü yaşayır. Putinin özünün düşüncəsi, təfəkkürü nifrətlə, kinlə dolu olan imperialist təfəkkürdür. Ruslarda başqa xalqlarla “qonşuluq”, “dostluq” ifadəsi səslənəndə yalnız o xalqları öz əsarəti altına salmaq, onları özünə tabe etmək nəzərdə tutulur. Yoxsa onlar heç bir faydalı əməkdaşlıqdan nə danışmırlar, nə də bu barədə düşünmürlər. Bu baxımdan, bu şəxsin dediyi sözlərə fikir vermək olmaz, amma bu çıxışı rusların nə qədər yanlış düşüncə tərzinə malik olduğunu göstərir”.

“Həqiqətən də Putin hakimiyyətə gələndən sonra Rusiyada “Böyük Rusiya” şovinizmi yenidən inkişaf və açıq şəkildə rus millətçilərini təbliğ etməyə, eləcə də başqa millətlərə yuxarıdan aşağı baxmağa başladı. Bundan əlavə, başqa ölkələrə məxsus dədə-baba torpaqlarına iddia, başqa ölkə liderlərinə təzyiq və öz dilini, mədəniyyətini zorla başqa xalqlara sirayət etmək xətti tutdu. Bu açıqlama da bunun bir canlı nümunəsidir”, – S. Cəlaloğlu bildirib.

Partiya sədri düşünür ki, Rusiyaya “çörək dalınca” gedən vətəndaşlarımız qayıdıb öz ölkəsində işləməli, Qarabağ zonasına yerləşdirilməlidirlər:

“Azərbaycandan oraya pul qazanmağa gedən adamlar qayıdıb öz ölkəsində işləməlidirlər. Qarabağ da artıq işğaldan azad olunub, əvvəlki kimi 20% torpağımız işğalda deyil, çünki onların çoxu işğala görə getmişdilər. İndi o torpaqlar azad edilib, yaşamaq və yaratmaq üçün xeyli sahələr əmələ gəlib. Öz millətini, xalqını sevən adamlar 1 tikə çörəyə görə vətənindən, millətindən, xalqından ayrı düşməməli, gəlib öz xalqına xidmət etməlidirlər”.

O, düşünür ki, “Rus Ev”ləri casus yetişdirir” düşüncəsi yalnız zehniyyət ilə ölçülməlidir, əksinə, hər hansı kəşfiyyat orqanına işləmək olaraq deyil:

“Rus Evi” məsələsinə qaldıqda isə “Rus Evi” ideyası çar vaxtından qalan təfəkkürdür və əsas vəzifəsi fəaliyyət göstərdiyi ölkədəki əhalini rus mədəniyyəti təsirinə salmaqdır. Daha sonra isə onları siyasi təsir altına alıb rus imperiyasının xidmətçilərinə çevirmək məqsədi güdüb. Azərbaycandakı “Rus Ev”lərinin də fəaliyyətinin bir hədəfi var: Azərbaycanı Rusiyanın təsiri altına salmaq, onu əsarətinə çevirmək. Onlara casus dedikdə bu nəzərdə tutulur. Onlar agent olaraq bildiyimiz casuslardan deyillər ki, hansısa kəşfiyyat orqanlarına işləyələr. Yalnız o evləri sadaladığım mənada casusluq mərkəzi kimi dəyərləndirmək olar”.

Nurlan Cəfəri

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri