Icma.az
close
up
RU
Kristian Faytinger: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün kosmos ictimaiyyəti bir araya gəlməlidir VİDEO AZƏRTAC

Kristian Faytinger: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün kosmos ictimaiyyəti bir araya gəlməlidir VİDEO AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Bizim COP29-da iştirak etməyimizin səbəbi çox mühümdür. Bu, artıq keçən il Dubayda COP28-də açılmış Dünya Kosmik Liderlər Sammitinin ikinci buraxılışıdır. Düşünürəm ki, dünya kosmos birliyindən kosmos liderlərini bir araya gətirmək çox vacibdir, çünki kosmos iqlim fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verir. Kosmik texnologiyalar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün çox səmərəli vasitədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger söyləyib.

“Söhbət təkcə monitorinqdən deyil, həm də iqlim dəyişikliyinə uyğunlaşmaq və problemin həlli üçün istifadə edilə bilən texnologiyalardan gedir. COP29-dan nə əldə ediləcəyini söyləmək çətindir, çünki biz bu görüşün ortasındayıq. Kosmos ictimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməyə hazırdır. Azərbaycan göstərdi ki, kosmos ictimaiyyətinin görüşə biləcəyi, fikir mübadiləsi apara biləcəyi və kosmosun iqlim dəyişikliyi ilə mübarizəyə daha çox töhfə verə biləcəyinin müzakirə olunacağı bir platformanı təmin etməklə bu fəaliyyətə töhfə vermək əzmindədir”, - deyə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru vurğulayıb.

Ötən il təşkilatın Norveçin Oslo şəhərində iqlim dəyişikliyi ilə bağlı kosmos üzrə qlobal konfrans keçirməklə bu sahədə çox fəal olduğunu deyən Kristian Faytinger bildirib ki, federasiya, eyni zamanda, Ruandada kosmos və iqlim dəyişikliyi ilə bağlı daha bir qlobal konfrans keçirməklə bu missiyanı davam etdirmək əzmində olduğunu göstərib.

Kristian Faytinger qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün bütün kosmos ictimaiyyəti bir araya gəlməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri