Icma.az
close
up
RU
KRVİ və qrip vaxtı uşağa yardım

KRVİ və qrip vaxtı uşağa yardım

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

KRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) - uşaqlar arasında ən geniş yayılmış xəstəlikdir. KRVİ-nin törədiciləri - çoxsaylı viruslardır.

Onlar mürəkkəb struktura malik və həddən artıq müxtəlif növlərə malik oldugundan, insan orqanizmi bu viruslara qarşı immunitet yarada bilmir.

KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Qorxulu olan onun fəsadlarıdır (bronxit, sətəlcəm-pnevmoniya, otit, angina və s.). Ona görə də uşaq KRVİ-yə tutulubsa, bundan qorxmayın, sadəcə lazım olan tədbiri görün. Çünki bütün uşaqlar vaxtaşırı belə infeksiyalara yoluxurlar. Lakin uşaqda KRVİ ildə 4 dəfədən artıq təkrar olunarsa, onu mütləq immunoloqa göstərmək lazımdır.

KRVİ hava-damcı (öskürək, asqırmaq, xəstənin istifadə etdiyi qab-qacaq və digər əşyalarla) vasitəsi ilə keçir.

Xəstəlik hərarətin qalxması ilə başlayır, uşaq baş ağrısından, qol və ayaq əzələlərində ağrılardan şikayət edir, sonra isə asqırmaq, öskürək, zökəm başlayır. Bütün viruslar içində ən təhlükəlisi - qrip virusudur. Onun tez-tez ağır fəsadları olur.

Adətən, KRVİ tənəffüs yollarını zədələyir. Lakin elə hallar da olur ki, (son vaxtlar daha çox olmaqla) xəstəliyin törədicisi olan virus mədə-bağırsaq sisteminin selikli qişasını zədələyir. Bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər əmələ gəlir.

Əgər uşağın bədən hərarəti çox yüksək deyilsə (38,50C–dək), onu yatağa uzatmaq mütləq deyil. Bu zaman onu sadəcə, fiziki gərginlik tələb edən oyunlardan uzaqlaşdırmaq lazımdır. Uşağın olduğu otaq kifayət qədər isti (lakin çox isti olmamalı), havası kifayət dərəcədə nəmli olmalıdır. Hər gün otaqda nəm əsgi ilə təmizlik işləri aparılmalıdır. Bu, xəstəliyin törədicisi olan mikroblarla mübarizədə vacib hesab olunur.

Xəstəlik zamanı uşağı zorla yedizdirmək məsləhət olunmur. Belə ki, zorla qidalandırmaq sonda qusmaya da səbəb ola bilər. Qida kobud, kəskin və ədviyyatlı olmamalıdır. Uşağı az-az, tez-tez və imkan daxilində, onun xoşladığı qidalarla yedizdirmək lazımdır.

Xəstə uşaq gün ərzində 1,5 litrə qədər maye qəbul etməlidir. Bu, KRVİ ilə xəstələnmə zamanı orqanizmdəki intoksikasiyaya (baş ağrısı, başgicəllənmə, oynaq, əzələ ağrıları) qarşı mübarizədə yaxşı kömək edir. Uşağa mineral su, limonlu çay, üzüm, itburnu, qaysı qurusundan hazırlanmış dəmləmələr vermək daha çox xeyirli hesab olunur. Uşağa çox şirin maye içizdirməyin. Çünki bu zaman uşaqda köpmə və qarın ağrısı əmələ gələ bilər. Birdəfəyə uşağa çoxlu maye vermək olmaz. Bu, qusmaya səbəb ola bilər.

Hər bir ana uşağında KRVİ olduğunu asanlıqla müəyyən edə bilər. Lakin həkim məsləhətindən imtina edərək uşağı müstəqil şəkildə müalicə etmək, ona müxtəlif dərmanlar (xüsusilə, antibiotiklər) vermək olmaz. Yadda saxlayın ki, bir çox vaxt digər təhlükəli xəstəliklərin əlamətləri də KRVİ simptomları ilə oxşar olur!

İstənilən xəstəlik zamanı bədən hərarətinin yüksəlməsi - immun sistemin təbii reaksiyasıdır. Orqanizm bu yolla infeksiya ilə mübarizə aparır. Bu səbəbdən də qızdırma salan dərmanları yalnız hərarət 38,50C-dən yuxarı qalxdıqda vermək lazımdır.

Adətən, uşaqlar yüksək hərarəti yüngül keçirirlər. Ona görə də başlanğıcda dərmanlardan istifadə etmədən fiziki üsullarla hərarəti salmağa çalışmaq lazımdır. Uşağı soyundurun və 5 dəqiqə ərzində onun bədənini eyni temperaturlu suda (suya az miqdarda sirkə və ya araq qata bilərsiniz) isladılmış salfet və ya əsgi ilə silin. Sonra uşağın bədənini yaxşı qurulayın və uşağı yüngül geyindirin. Yüksək hərarəti olan uşağı qətiyyən yorğana bükməyin. Bu, bədən hərarətinin daha da artmasına səbəb olacaq.

Əgər fiziki metodlar fayda verməzsə və hərarətin yüksəlməsi davam edərsə, onda uşaqlar üçün nəzərdə tutulan gızdırmanı aşağı salan dərmanlardan birini vermək və ya eyni effekti verən şam qoymaq olar.

Hazırda həkimlər uşaqlarda “aspirindən” istifadə edilməsini tövsiyə etmirlər. Qızdırma salan dərman da effekt verməzsə, tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır. Həkim xüsusi qızdırma salan dərmanlardan istifadə edərək yüksələn hərarəti aşağı sala bilər.

Əvvəllər yüksək hərarət fonunda qıcolmaları olan, həmçinin ürək-damar, sinir, endokrin və digər sistemlərin patologiyaları olan və lap körpə uşaqlara hərarət 37,5-380C-yə qalxan kimi qızdırma salan preparatlar vermək lazımdır.

Yüksək hərarət fonunda uşaqda qıcolmalar və huşunu itirmə meydana çıxarsa, tez bir zamanda “təcili yardım” çağırın. Qıcolma zamanı təşvişə düşməyin, özünüzü itirməyin! Uşağın başını və əl-ayaqlarını elə tutmağa çalışın ki, o özünü hər hansı bir əşyaya və ya döşəməyə çırparaq zədələnməsin. Həkim gələnə qədər heç nə etməyin. Adətən, uşaqlarda bu qıcolmalar tez qurtarır və uşaq yuxuya gedir. Qıcolmalar keçsə və uşaq sakitləşsə də uşağınızı nəzarətdə saxlayan uşaq həkiminə (pediatra) məlumat verin. Ola bilsin ki, bu halda uşağınıza nevropatoloqun məsləhəti lazım olsun.

KRVİ çox hallarda öskürək və zökəmlə müşayiət olunur. Adətən, KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçib gedir. KRVİ zamanı antibiotik və sulfanilamid preparatlarından istifadə edilmir. Onları yalnız xəstəliyin ağırlaşması zamanı təyin edirlər.

KRVİ üçün yuxarı tənəffüs yolları (burun, udlaq, qırtlaq), həmçinin qulaqlar (otit) və gözlərin (konyuktivit) zədələnməsi xarakterik əlamətlər sayılır.

Faringit zamanı boğazda (udlaq) guruluq, qaşınma, quru öskürək, udma zamanı ağrılar olur. Laringit (qırtlağın zədələnməsi) zamanı səs batır, nəfəsalma prosesi çətinləşir (qırtlağın iltihabi şişkinliyi nəticəsində). Uşaqda nəfəsalmanın çətinləşdiyinin ilk əlamətləri görünən kimi “təcili yardım” çağırın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri