KTMT dən çıxış üçün doğru vaxt: Ermənistan Rusiyanın zəifliyindən istifadə edir
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.
Paşinyan qeyd edib ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı təşkilatda fəallığın bərpasından daha yüksəkdir.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, Ermənistan Rusiyanın çox zəif vəziyyətdə olduğunu anlayır:

“Ermənitanın tərəfinin qəti addımlar atması Rusiya tərəfindən ciddi müqavimət görməyəcək. Çünki Rusiyanın diqqəti Ukraynadadır. Digər tərəfdən hazırda Rusiyanın Azərbaycanla da münasibətləri gərginləşib. Bu mənada Rusiya ilə Ermənistan arasında gərginliyin yaşanması Kremlin mövqelərinə mənfi təsir göstərəcək. Ona görə də Ermənistan tərəfi məqamdan istifadə edərək, bu addımı atmaq niyyətindədir. Amma Nikol Paşinyan keçmişdə də dəfələrlə deyib ki, Ermənistan tərəfi KTMT-dən çıxmaq istəyir. Yenə də konkret addımlara istinad etmək lazımdır. Bununla bağlı real addımlar atılsa, onda Ermənistan ciddi olaraq, Rusiyanın təsirindən çıxır və regionda yeni geosiyasi vəziyyət yaranır”.
Kəmalə Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















