Kürdə batan 13 yaşlı qız imiş “Məktəb psixoloquna deyərsən...”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, çayda batan şəxsin kimliyi bəlli olub.
Belə ki, 2001-ci il təvəllüdlü, Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Kərimli Saray Sarvan qızı ötən gün, saat 08-də məktəb yoldaşına bildirib ki, Kür çayına gedir, bunu məktəbdə psixoloqa deyərsən. Lakin oraya hansı məqsədlə getməsini bildirməyib. Sarayın məktəb yoldaşı N.A. bu barədə məktəbin direktoru və psixoloquna məlumat verib.
Daha sonra isə hadisə ilə bağlı sahə polis nəfərinə bildirilib.
Hazırda FHN-nin aidiyyəti qurumları hadisə yerinə cəlb olunmaqla Saray Kərimlinin meyitinin Kür çayında batması ehtimalı əsasında axtarış-xilasetmə işləri aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















