Kürkçü dükanı ... 12 günlük bayram tətilindən sonra işə qayıtmaq: Adaptasiya olmaq üçün nə etməli?
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Əslində bayramı evində keçirib, iş gününün başlanmasını səbrsizliklə gözləyən insanlar da var. Bunlar üçün iş yaşamı davam etmək üçün bir sahədir. İş ayaqda dura bilmək və ehtiyaclarını qarşılamaq üçün bir əsasdır. Belə insanlar üçün, düzünü desək, tətil darıxdırıcı keçir. Çünki onlar başa düşür ki, həyatında işin çox böyük önəmi var.
Hə, bu insanlar da çətinlik çəkə bilərlər, amma onların çətinliyi işə adaptasiya olmaqda olacaq. Məsələn; müəllim 12 gündən sonra işə başlayanda bir az yorğun kimi hiss edə bilər, uşaqların səsi ona yorucu gələ bilər və yaxud analiz edən, düşünərək yazan jurnalist bir müddət düşünməkdə çətinlik çəkə bilər, yazdığı yazının tərkibindəki cümlələrdə və sözlərdə səhvləri ola bilər. Bu da uzağı 2-3 saata keçən bir prosesdir.
Bəs işi olmayanlar nə etsin? Bu sualın cavabını işsizlik yaşamış hər kəs bilir...
Əslində işə adaptasiya olmaq o qədər çətin deyil, sadəcə işə başlayacağın axşamdan iş üçün planlarını qurmalısan ki, səhər açılanda hardan başlayım deyə çətinlik çəkməyəsən. Bir az yuxululuq hiss etmək normaldır. Axı, bütün tətili evdən keçirənlərin ən yaxşı istirahəti yatmaq olub. Səhərləri bir qədər gec oyanıb, gecələri də bir qədər gec yuxuya gedən insanlar üçün əvvəlki normaya qayıtmaq bir qədər çətin ola bilər.
Nə deyim, şəxsən mən bayramı evimdə keçirdim. Bölgələrdə istirahət qiymətlərini və dolu olan yolları görüb düşündüm ki, “evim, evim, gözəl evim”...
Bir də bazarlardakı qiymətlərə baxıb, fikirləşdim ki, niyə axı hamı bayram ərəfəsində vətəndaşın gəlirinin son damlasına qədər istifadə etməyə çalışır. Bayram günlərində hotel qiymətləri kəlləçarxa vurur, restoranlarda yeməklərin qiyməti ceyran belinə oturur, bazarlarda da almaq istədiyin nəyə əl uzadırsansa, qiymət əlini yandırır...
Nə bilim, vallah. Yaşa ay kasıb, yaşaya bilsən...
Rəhmətlik Sabir yaxşı deyib:
"Bayram oldu heç bilmirəm neyliyəm,
Bizim evdə axta zoğal da yoxdur..."
Sizcə evdə soyuducu boş olan kasıbı işin başlanması narahat edə bilərmi? Bayramlar da, tətillər də, işə başlamağın çətinliyi də hamı üçün deyil...
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















