Icma.az
close
up
RU
Laçında geosiyasi ittifaq: 28 may zirvə görüşünün siyasi və rəmzi əhəmiyyəti ŞƏRH

Laçında geosiyasi ittifaq: 28 may zirvə görüşünün siyasi və rəmzi əhəmiyyəti ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələləri təcəssüm etdirən 28 May – Müstəqillik Günü hər il milli şüur və vətəndaş həmrəyliyinin yüksək səviyyədə nümayişi ilə qeyd edilir. 2025-ci ildə bu tarix Laçın şəhərində keçirilən Azərbaycan–Türkiyə–Pakistan Zirvə görüşü ilə daha böyük siyasi, tarixi və rəmzi məna kəsb etdi. İşğaldan azad olunmuş Laçında baş tutan bu yüksək səviyyəli görüş həm regional geosiyasi ittifaqın təzahürü, həm də Azərbaycanın beynəlxalq nüfuzunun təntənəli təqdimatı oldu.

Laçın şəhərinin 30 ildən sonra azad edilməsi və sürətli bərpası, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərqərar edilməsinin bariz nümunəsidir. 28 may 2025-ci il tarixində burada keçirilən Zirvə görüşü Azərbaycan dövlətinin “Böyük Qayıdış” strategiyasının ideoloji əsaslarını və icra mexanizmlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Prezident İlham Əliyev görüş zamanı bu məqamı xüsusi vurğulayaraq bildirmişdir: “Laçında 8 ay ərzində 700-dən çox bina inşa edilib. Bu, xalqımızın istedadını, iradəsini və torpağına olan sevgisini göstərir”. Laçında keçirilən Zirvə görüşü yalnız coğrafi məkan olaraq deyil, həm də milli ruhun dirçəlişinin simvolu kimi strateji və mənəvi əhəmiyyət kəsb edir.

Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji tərəfdaşlıq artıq diplomatik ifadədən daha geniş, praktiki əməkdaşlıq modelinə çevrilməkdədir. Bu üç dövlətin ortaq dəyərlər, maraqlar və təhlükəsizlik konsepsiyaları üzərində qurduğu münasibətlərin inkişafı regional sabitlik və güc balansına mühüm təsir göstərir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı demişdir: “Bu Zirvə görüşü yalnız diplomatik bir hadisə deyil, həm də regionda formalaşmaqda olan yeni geosiyasi nizamın rəsmi elanıdır”. 28 May Zirvəsinin məhz Müstəqillik Günündə keçirilməsi, Azərbaycanın dövlətçilik ənənələrinin yaşadıldığını və möhkəmləndirildiyini nümayiş etdirdi. Bu baxımdan tədbirin məzmunu və forması milli kimlik və identitetin qorunması istiqamətində mühüm bir rəmzi akt kimi dəyərləndirilə bilər.

Laçında keçirilən bu Zirvə görüşü, beynəlxalq ictimaiyyətə Azərbaycanın güclü, müstəqil və müttəfiqləri ilə sıx əməkdaşlıq edən dövlət kimi mesaj verməsi baxımından da vacib idi. Bu, Azərbaycanın regional liderliyə doğru atdığı strateji addımlardan biri kimi qiymətləndirilə bilər. Zirvə görüşü həmçinin Cənubi Qafqazda yeni reallıqların – xüsusilə postmünaqişə dövründə Azərbaycanın statusunun dəyişməsinin – beynəlxalq aləmdə tanındığını göstərdi.

Laçın şəhərində baş tutan 28 May Zirvə görüşü yalnız diplomatik və siyasi əhəmiyyət daşımır, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli-mənəvi dirçəlişinin və qlobal səviyyədə artan nüfuzunun real təcəssümüdür. Məhz 28 May – Müstəqillik Günü kimi rəmzi bir tarixdə bu görüşün keçirilməsi, Azərbaycanın öz müstəqilliyini qorumaqla yanaşı, onu yeni geosiyasi və strateji müstəviyə daşımaq iradəsini ortaya qoydu. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın müasir dövlətçilik strategiyası təkcə daxili sabitliyə və inkişaf dinamikasına deyil, eyni zamanda regional və qlobal güc balansına təsir göstərən çoxşaxəli diplomatik kursa əsaslanır. Laçında keçirilən Zirvə görüşü postmünaqişə dövründə Azərbaycanın öz torpaqlarında suverenliyini bərpa etməklə bərabər, bu əraziləri beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevirmək əzmini göstərdi. Dövlət başçısının qeyd etdiyi kimi, Laçında tikinti və bərpa işlərinin sürətli aparılması və artıq həyatın yenidən canlanması, həm iqtisadi, həm sosial, həm də ideoloji baxımdan Azərbaycanın məqsədyönlü və kompleks siyasət apardığını nümayiş etdirir. Bu fonda Zirvə görüşü təkcə siyasi bəyanatlarla məhdudlaşmadı, həm də reallıqda işğaldan azad edilmiş ərazilərin potensialını dünya ictimaiyyətinə nümayiş etdirdi.

Bundan əlavə, üçtərəfli əməkdaşlıq formatı – Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji ittifaq – gələcəkdə regionun təhlükəsizlik arxitekturasının formalaşmasında və enerji, nəqliyyat, hərbi-sənaye kompleksləri kimi sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasında mühüm rol oynayacaqdır. Bu ittifaq yalnız regional deyil, eyni zamanda islam ölkələri arasında əməkdaşlıq modelinin müasir nümunəsi kimi də dəyərləndirilə bilər. Beləliklə, 28 May Laçın Zirvəsi Azərbaycanın regional liderliyini, milli iradəsini, strateji baxışını və diplomatik uğurunu eyni anda nümayiş etdirən çoxşaxəli bir hadisə kimi tarixə düşür. Bu hadisə göstərdi ki, Azərbaycan nəinki öz torpaqlarını bərpa etmiş, eyni zamanda bu əraziləri beynəlxalq siyasətin və əməkdaşlığın yeni mərkəzinə çevirməyi bacarmışdır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri