Icma.az
close
up
RU
Laçında insanlar səbirsizliklə bu anı gözləyirlər

Laçında insanlar səbirsizliklə bu anı gözləyirlər

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı hesab edilən Laçın aeroportunun bu il istifadəyə veriləcəyi gözlənilir. Bu barədə xəbəri yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb. 

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının may ayında istifadəyə veriləcəyi barədə xəbərlər yayılıb. Artıq hava limanında bir neçə sınaq uçuşları edilib.

Hava limanı Laçından 62 kilometr aralıdadır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Aeroport tikintisinin ilkin mərhələsi kimi ərazisinin hamarlaşdırılması işləri görülür. 6,9 milyon m³ ərazidən torpaq çıxarılacaq (o cümlədən partlayışla) və 3,8 milyon m³ əraziyə torpaq doldurulacaq. Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq.

Laçın sakinləri də hava limanının açılışını səbirsizliklə gözləyir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da hava limanının açılışında iştirak edəcəyi bildirilir.

Modern.az-a danışan Laçında yaşayan ziyalı Qəzənfər Hüseynov deyir ki, qardaş ölkə prezidentinin gəlişi ilə bağlı xəbərlər Laçında da eşidilib, insanlar da səbirsizliklə bu anı gözləyirlər:

“Rəcəb Tayyib Ərdoğanın Laçın haqqında səsləndirdiyi şeirə və digər şeylərə görə bütün Azərbaycan xalqı kimi Laçınlıların da qəlbində özünə məxsus yer qazanıb İnsanlar bu xəbəri sevinclə qarşıladı. Türkiyə qardaş ölkədir, türk milləti uğurumuza sevinən, kədərimizə ağlayan bir millətdir”.

Q.Hüseynov qeyd edib ki, Laçında müasir tipli elektrik idarəedici sistem qurulub:

“Yaxın günlərdə bu sistemin açılışının edilməsi gözlənilir. Bununla yanaşı bayaq avtomobil yolunun da açılışı olacaq. Bunlardan əlavə mərkəzi küçədə abadlıq işləri davam etdirilir, hansı ki, bura Bakının “Tarqovu” küçəsi kimi olacaq. Dünən Prezidentin səlahiyyətli nümayəndəsinin verdiyi məlumata görə, şəhərin mərkəzində 18 alman tipli yaşayış evi tikiləcək. Həmin küçədə muzey, şairlər evi, rəsm qalereyası da hazırlanacaq. Ümumiyyətlə şəhərlər bağlı sosial layihələr çoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri