Latviyanın Rusiya ilə sərhəd bölgələrində hava məkanı 12 Oktyabra qədər bağlı olacaq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Latviyanın Rusiya və Belarusla sərhəd zonasında yerləşən bölgələrində hava məkanının qismən bağlanması axşam və gecə saatlarında ən azı bu həftənin sonuna qədər qüvvədə qalacaq.
APA xəbər verir ki, bu barədə məlumatı ölkənin hava nəzarəti dairələrindəki mənbə açıqlayıb.
“Müvafiq qadağa Rusiya və Belarusla sərhəd bölgəsində, 6 kilometrə qədər hündürlükdə uçuşlara qoyulan məhdudiyyət hələlik Oktyabrın 12-si, bazar gününün səhərinədək uzadılıb”, – mənbə bildirib.
O, həmçinin xatırladıb ki, əvvəlcə bu qadağa Oktyabrın 8-nə qədər qüvvədə olmalı idi.
Mənbənin sözlərinə görə, oxşar tədbirlər Litva və Estoniya sərhədlərində də tətbiq olunur.

Şahmatçılarımızın oktyabra olan reytinqi
01 Oktyabr 2025 13:22
Bu şəxslərə 2000 manat veriləcək 31 oktyabra qədər...
17 Sentyabr 2025 17:09
Üç BÜRCÜN həyatı 15 oktyabra qədər kəskin dəyişəcək
02 Oktyabr 2025 19:05
15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək
03 Oktyabr 2025 09:38
Tramp 10 oktyabra qədər Ukarynada müharibəni bitirmək istəyir Səbəb
11 Avqust 2025 17:58

