Leaunun etdiyi kobudluğa görə bəxti gətirdi VİDEO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Portuqaliya millisinin və İtaliyanın “Milan” futbol komandasının hücumçusu Rafael Leau DÇ-2026-nın oyunlarında iştirak edə biləcək.
İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Çili ilə yoldaşlıq oyununda aldığı qırmızı vərəqəyə görə mundial matçlarından diskvalifikasiya olunmayacaq.
Leau Portuqaliyanın Çili üzərində 2:1 hesablı qələbə qazandığı yoxlama görüşündə rəqib futbolçu İvan Romanla mübahisədən sonra meydandan qovulub. Bu epizoddan sonra onun 2026 Dünya Çempionatının start oyunlarını buraxa biləcəyi iddia olunurdu.
Lakin məlumata görə, cəza yalnız növbəti yoxlama matçına şamil olunacaq. Bu səbəbdən Rafael Leau DÇ-2026-da Portuqaliya millisinin sərəncamında olacaq.
Qeyd edək ki, Portuqaliya dünya çempionatında G qrupunda Konqo DR, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 İyun 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















