Legioner həyatı yaşamaq istəyən futbolçunun taleyi rəhbərlikdən asılıdır
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi”nin qapıçısı Rza Cəfərovun legioner həyatı yaşamağa yaxın olduğunu bildirmişdik. Millimizin üzvünün xidmətində Rumıniyanın “Dinamo” (Buxarest) klubu maraqlıdır.
Artıq Rumıniya təmsilçisi Rza ilə bağlı “Neftçi”yə rəsmi təklif göndərib. Onlar Cəfərovu transfer etmək istədiklərini bildirib. Buxarest təmsilçisi qapıçını da razı salıb.
Gənc qolkiper özü də legioner həyatı yaşamaq istəyir. O, “Dinamo”nun təklifini qəbul edib. Rza “Neftçi” rəhbərliyinə getmək istədiyini söyləyib.
Heyətdə Emil Balayev olması və əcnəbi bir qapıçının da gələcəyini düşünən millimizin oyunçusu ehtiyatda qalmaq istəmir.
Bu səbəbdən də Rza “Neftçi” rəhbərliyindən transferə izin verilməsini xahiş edib.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 01 İyul 2025 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















