Lənkəranda nümunəvi davranış: Qadının səssiz zəhməti hər kəsə örnək oldu FOTO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lənkəran şəhərinin Əli Məmmədov küçəsində yerləşən 17-ci binanın 4-cü blokunda yaşayan bir qadının nümunəvi davranışı sosial mediada maraqla qarşılanıb.
Ölkə.Az-ın xəbərinə görə, o hər gün binanın həyətini süpürür, təmizləyir, güllər əkir və ərazinin səliqəsinə xüsusi diqqət yetirir. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Lənkəran sakini bildirir ki, nə vaxt həmin binanın yanından keçirsə, bu "bibini" - qadını daim təmizliklə məşğul halda görür. Hətta o, giriş hissəsində təmizliyə çağırış xarakterli yazılar da asıb.
Sosial şəbəkə istifadəçiləri də bu paylaşımı böyük rəğbətlə qarşılayıb, belə insanların cəmiyyət üçün örnək olduğunu qeyd ediblər.
“Kaş bütün xanımlar və kişilər bu mədəniyyətdə olardılar”, “Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar işığa?”, “Buradan o bibiyə çox sağ ol deyirəm. Allah sizdən razı olsun” kimi cümlələrlə həmin xanıma təşəkkürlər ediblər.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 Dekabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















