Levski nin zədəliləri sağaldı, məşqində A seriyasının futbolçusu peyda oldu Sabah ın diqqətinə!
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Levski"nin qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, Bolqarıstan təmsilçisi "bayquşlar"la matça yetərincə ciddi hazırlaşır. Bu barədə "sportal.bg" məlumat yayıb.
Saytın komandanın məşqlərini yerindən izləyən reportyoru bildirib ki, heyətdəki bütün futbolçular istəkli və məsuliyyətli görünür. Yenicə zədəsini sağaldan futbolçular - müdafiəçi Georgi Kostadinov və yarımmüdafiəçi Kristian Dimitrov məşqlərə qoşulub. Onların "Sabah"a qarşı forma geyib-geyməyəcəyi dəqiqləşməyib. Məşqdə "Fiorentina"nın (İtaliya) müdafiəçisi Dimo Krastev də görülüb. O başqa məsələ ki, "Levski" hələ bu oyunçuyla rəsmi müqavilə imzaladığını açıqlamayıb.
Dünənki məşqi klubun baş direktoru Daniel Borimirov da izləyib. O, hazırlıq prosesindən razı qaldığını dilə gətirib və kollektivə uğurlar arzulayıb.
Xatırladaq ki, "Levski" - "Sabah" matçı sabah Georgi Asparuxov adına stadionda keçiriləcək və saat 22.00-da başlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















