Icma.az
close
up
RU
lham Əliyev Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi məkan qurulmasının memarıdır

lham Əliyev Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi məkan qurulmasının memarıdır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün dost və qardaş Özbəkistanın paytaxtı Daşkənddə keçirilən növbəti (7-ci) Zirvə toplantısının nəticələri nəinki Azərbaycan, bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətlidir. Bildiyimiz kimi Azərbaycan liderinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət olunması son illərdə artıq ənənəvi hal alıb. Lakin ötən gün Daşkənddə baş tutan 7-ci görüşdə Azərbaycanın növbəti dəfə təmsil olunması tam fərqli məzmun kəsb etdi. Belə ki, Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərar qəbul edilməsi ənənəvi yox, fövqəladə əhəmiyyətə malik hadisədir. Çünki bu qərarın nəticəsində Mərkəzi Asiyanın beş dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın təmsil olunduğu C5 formatının Çin, Rusiya, ABŞ, Avropa İittifaqı (Aİ) kimi qlobal oyunçularla əməkdaşlıq üzrə formalaşdırdığı C5+1 modellərinə indi də "Mərkəzi Asiya+Azərbaycan" (“C5+Azərbaycan” və ya “C6”) modelinin əlavə olunması Cənubi Qafqaz-Mərkəzi Asiya trekində regional proseslərin konfiqurasiyasını kökündən dəyişir, yeni reallıqlar formalaşdırır.
İndi Azərbaycanla Mərkəzi Asiya ölkələri vahid geosiyasi və geoiqtisadi məkan qurur. Və bu, real Türk Birliyinn qurulması istiqamətində atılmış ən önəmli addımlardan biridir. Ənənəvi C5 formatının “5-lik”dən “6-lığ”a çevrilməsi təkcə kəmiyyət deyil, ilk növbədə keyfiyyət dəyişikliyidir. Bunu Mərkəzi Asiya liderləri də çox gözəl başa düşürlər. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin zirvə toplantısına ev sahibliyi edən ölkənin rəhbəri kimi öz çıxışında qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq səsləndirdiyi fikirlər Azərbaycanın bu platformaya tamhüquqlu iştirakçı kimi qoşulmasının əhəmiyyətini ortaya qoyur: "Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək".
Özbəkistan lideri, həmçinin onu da vurğuladı ki, Azərbaycanın “Mərkəzi Asiya+” format qoşulması ilə regionun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Belə ki, Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Eyni zamanda, Mərkəzi Asiya-Cənubi Qafqaz birgəliyinin əsasında iki nəhəng regionun yeni nəqliyyat arteriyası kimi meydana çıxmasının şahidi oluruq. Bu arteriyanın tərkib hissəsi kimi strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə region ölkələrinə Asiya və Avropanın nəhəng bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Azərbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizinin tikintisi layihəsinin strateji əhəmiyyəti bir daha ortaya çıxır. Orta Dəhlizin mərkəzi həlqəsi olan Zəngəzur dəhlizi Mərkəzi Asiya dövlətlərini Avropaya bağlamaqla yanaşı, həm də Naxçıvanı və qardaş Türkiyəni dünyanın ən vacib nəqliyyat qovşaqlarından birinə çevircək. Bu isə real türk birliyinin fiziki, iqtisadi müstəvidə araya-ərsəyə gətirilməsi deməkdir. Deməli, Azərbaycanın bütün Türk dünyasının birləşdirici gücü rolunda çıxış etməsi sözdə deyil, əməli olaraq təsdiqlənəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü çərçivəsində keçirilən “Mərkəzi Asiya+” formatlı toplantısında çıxışı bu gün Mərkəzi Asiyanı Azərbaycandan ayırmağın qeyri mümkünlüyünü bir daha isbatladı. Zəngəzur dəhlizi sadəcə sıradan bir yol deyil, mühüm geosiyasi və geoiqtisadi layihə qismində çıxış etməklə bir tərəfdən Azərbaycan və Mərkəzi Asiya arasında inteqrasiyanı dərinləşdirəcək, digər tərəfdən isə bu nəhəng regionu qlobal əməkdaşlıq, sabitlik və dayanıqlı inkişaf vahəsinə çevirəcək. Bu mənada Cənubi Qafqaz və Mərkəzi Asiya həqiqətən də böyük yeniliklərin astanasındadır və bu prosesi artıq heç bir kənar gücün geri çevirməsi mümkün deyil. Bu kontekstdə Azərbaycanın "Mərkəzi Asiya+" platformasına tamhüquqlu iştirakçı kimi qoşulmaqla “6-lığ”ın təməlini qoyması xarici siyasətimizin son zamanlardakı ən böyük uğurlarından biridir. Və bu prosesdə dövlətimizin başçısının diplomatik səyləri xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi məkan qurulmasının memarıdır.
Çıxışında Azərbaycanla Mərkəzi Asiyanı çoxəsrlik ortaq tarixin, mənəvi və mədəni irsin, qardaşlıq, dostluq və həmrəyliyin birləşdirdiyini qeyd edən dövlətimizin başçısı, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanla region ölkələri arasında əlaqələrin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalar çərçivəsində daha da genişləndiyini vurğuladı və eyni zamanda, "Mərkəzi Asiya+Azərbaycan" formatında gələcək əməkdaşlığın perspektivlərini diqqətə çatdırdı, prioritetləri və görüləcək işləri göstərdi.
Hazırkı qlobal geosiyasi təlatümlər dövründə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bir araya gəlməsi və yeni əməkdaşlıq, birlik platformasının təməlini qoyması eyni vaxtda həm Türk dünyası üçün, həm də Asiya və Avropa qitələri üçün olduqca vacibdir. Azərbaycanın yaratdığı müasir tranzit-nəqliyyat qovşaqları ölkəmizi qitələri bir-birinə bağlayan haba, körpüyə çevirməklə yanaşı, türk dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə də əlavə impuls verir. Bu baxımdan Mərkəzi Asiya ölkələri ilə yeni platforma çərçivəsində əlaqələrimizin dərinləşdirilməsi Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi və onun qlobal aktorlardan birinə çevrilməsi üçün yeni imkanlar açır. İndi türk dövlətləri tarixi qərarlar qəbul etmək mərhələsinə daxil olublar.
Bu kontekstdə Azərbaycan Prezidentinin Daşkəndə səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı təkcə Azərbaycan–Özbəkistan ikitərəfli əlaqələrinin deyil, bütövlükdə Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin yeni strateji mərhələyə qədəm qoymasının göstəricisidir. Səfərin nəticələri həm Azərbaycan üçün, həm də qardaş ölkələr üçün birmənalı surətdə uğurludur. Cənab Prezidentin sözləri ilə desək, bu səfərin nəticələri bir daha onu göstərdi ki, Xəzər dənizi bu gün Cənubi Qafqazla Mərkəzi Asiya arasında fiziki sərhəd və ya ayırıcı xətt deyil, əksinə, birləşdirici strateji körpü rolunu oynayır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Noyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri