Icma.az
close
up
RU
Limit məsələsində yaxasını kənara çəkən Santuşun ifşası pula görə bütün şərtlərə qol qoyacaq

Limit məsələsində yaxasını kənara çəkən Santuşun ifşası pula görə bütün şərtlərə qol qoyacaq

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Bu günə qədər milli komandamızı çalışdıran mütəxəssislərin demək olar ki, hamısının yolun başında danışdıqları ilə yolun sonunda dedikəri üst-üstə düşməyib. Ölkəmizə yeni ayaq basanda böyük hədəflərdən dəm vurublar, sonradan 180 dərəcə fərqli danışıblar.

Fernando Santuş da əvvəlkilərin yolu ilə gedir. İlk vaxtlarda yalnız milli komandaya baş məşqçi kimi gəlmədiyini deyir, böyük bir strategiyanın önəmli parçası olduğunu iddia edirdi. Biz bunlara alışıq olduğumuz üçün elə ilk gündən inanmırdıq. Amma əcnəbilərin gözəl yalanlarına məst olan futbol rəhbərliyimiz əvvəlkilərin yolu ilə getməyə qərar verdi. Əslində, səbəbi sadədir. Hər nə qədər federasiyanın sabiq baş katibi Elxan Məmmədovun futbolumuzu pis günə goyduğunu desələr də, indiki rəhbərlik də elə onunla eyni təfəkkürdə olan adamlardı. Fərq ondadır ki, Elxan Məmmədov vəzifələri öz adamları arasında paylaşdırırdı, indi də ən başda dayanan şəxs pullu vəzifələri özününkülərə peşkəş edir. Futbolun özü böyük ölçüdə heç kimə lazım deyil. Daha vacib məsələ vəzifələri ələ keçirtmək idi, buna da nail oldular...

Qayıdaq Santuşa. Legioner limitinin aradan qaldırılması doğru qərardı, yoxsa səhv, buna birmənalı yanaşmaq olmur. Bu mövzuda xeyli arqumentlər gətirib hər iki qərarın doğruluğunu və ya yanlışlığını iddia etmək mümkündür. Amma bir şey dəqiqdir ki, Premyer Liqada legioner limitinin aradan götürülməsi millinin xeyrinə işləməyəcək. 

Gözləmək olardı ki, Santuş "aləmi bir-birinə qatacaq", bu qərara qarşı çıxacaq, bunun millinin zərərinə olacağını deyəcək və s. Lakin dünənə qədər özünü böyük strategiyanın bir parçası adlandıran adam "ağzına su alıb" çəkildi kənara. Elə bil bu qərarın nə ona, nə də milli komandaya bir aidiyyatı var. 

Bu gün keçirilən mətbuat konfransında da Santuşa limitlə bağlı sual verilib. Yenə də "yaxasını kənara çəkib". Tam əminliklə demək olar ki, bu adama nə strategiya, nə də futbolumuzun gələcəyi maraqlıdır. Qocalığına əlavə pul qazanmaq üçün gəlib Azərbaycana. Və bunu açıq-açığına hiss elətdirir!  

Ən məyusedici məqam odur ki, illərboyu əcnəbilərin ölkəmizə gəlib heç bir iş görmədən milyonları cibinə qoyub getməsi yuxarıda oturanların heç birini narahat etmir. Hətta hərdən adama elə gəlir ki, xaricilərə pul vermək daha xoşdur onlar üçün... 

Həmid

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Avqust 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri