Litium yataqlarında unikal xüsusiyyətlər aşkarlanıb Yeni kəşf texnologiyanı dəyişə bilər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Dünyanın əsas litium yataqlarının yerləşdiyi duzlu göllərdə alimlər unikal kimyəvi xüsusiyyətlər aşkar ediblər.
Oxu.Az-ın PHYS.org-a istinadən məlumatına görə, bu kəşf litium hasilatı texnologiyalarını dəyişə bilər.
ABŞ-nin Dyuk Universitetindən professor Avner Venqoşun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, Boliviyadakı məşhur Salyar-de-Uyuni duz gölündə və digər oxşar sahələrdə litiumun yerləşdiyi duzlu suların (rassolların) pH səviyyəsinə əsasən bor elementi təsir edir, bu isə okean və digər təbii duzlu sulardan fərqlənir.
Alimlər Uyuni gölündəki rassolların təbii halda neytral pH-a malik olduğunu, lakin litium hasilatı üçün istifadə olunan buxarlandırıcı hovuzlarda bu dəyərin kəskin şəkildə azaldığını (yəni turşulaşdığını) qeyd edirlər. Bu, borun tərkibdəki bor turşusu və boratlar şəklində reaksiyaya girməsi ilə bağlıdır.
Tədqiqatçılar 300-dən çox analiz nəticəsini o cümlədən Çili, Argentina, Boliviya və Tibet yaylasındakı duz göllərindən götürülmüş nümunələri araşdıraraq, borun litium rassollarında əsas kimyəvi təsiredici olduğunu sübut ediblər.
Bu məlumatlar gələcəkdə daha effektiv və ekoloji baxımdan dayanıqlı litium hasilatı texnologiyalarının yaradılmasına imkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 May 2025 05:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















