Litva Ukraynanın 2030 cu ilə qədər Avropa İttifaqına üzv olmasını İSTƏYİR
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Litvanın Baş naziri İnqa Ruqinene Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilməsinin vacibliyini bəyan edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə LRT-yə açıqlamasında bildirib ki, Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesi sürətləndirilməli və ölkənin 2030-cu ildən gec olmayaraq quruma üzvlüyü təmin edilməlidir.
“Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır. Bu proses həddindən artıq uzanıb. Ona görə də onu sürətləndirmək üçün əlimizdən gələni etməliyik. Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bütün altı bölməsinin artıq açılması çox vacibdir”, – deyə Ruqinene vurğulayıb.
Bundan əvvəl Ukraynanın Baş nazirinin müavini Taras Kaçka bildirmişdi ki, Kiyev 2027-ci ildə Avropa İttifaqına üzvlüklə bağlı müqavilənin imzalanmasına nail olacağına ümid edir.
Onun sözlərinə görə, hazırda Ukraynanın Aİ qarşısında yerinə yetirməli olduğu 145 tələb mövcuddur və onların böyük hissəsi qanunvericiliyin uyğunlaşdırılması ilə bağlıdır. Kaçka əlavə edib ki, hazırda Avropa Komissiyası ilə üzvlük danışıqlarının altı əsas istiqaməti üzrə texniki işlər davam etdirilir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 01 İyun 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















