“Liverpul” beş tanınmış sol cinah müdafiəçisini nəzərdən keçirir
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin “Liverpul” futbol klubunun müdafiənin sol cinahını gücləndirmək niyyətindədir. Mersisayd təmsilçisinin rəhbərliyi qeyri-sabit çıxışı ilə diqqət çəkən Miloş Kerkeşə rəqabət yaradacaq futbolçu transfer etmək istəyir.
İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, klubun transfer siyahısına beş futbolçu daxil edilib.
Bunlar İngiltərənin “Nyukasl” klubundan Lyuis Holl, İtaliyanın “İnter” komandasından Federiko Dimarko, İngiltərənin “Brentford” klubundan Malik Diuf, İspaniyanın “Real Madrid” klubundan Alvaro Karreras və Portuqaliyanın “Sportinq” klubundan Maksimiliano Arauxodur.
Mənbənin məlumatına əsasən, adıçəkilən futbolçuların transferi ilə bağlı danışıqlar artıq qış transfer pəncərəsində baş tuta bilər.
“Liverpul” İngiltərə Premyer Liqasının doqquz turundan sonra 15 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Komanda bazar günü doğma meydanda “Arsenal”a 0:1 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Noyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















