Icma.az
close
up
RU
London uşaqsız şəhərə çevrilə bilər

London uşaqsız şəhərə çevrilə bilər

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Londonda uşaqların sayı Böyük Britaniyanın digər bölgələri ilə müqayisədə daha sürətlə azalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb daşınmaz əmlakın və uşaq baxımı xərclərinin yüksək olmasıdır. Bu amillər əhalini paytaxtdan kənar bölgələrə köçməyə məcbur edir.

Agentlik London Assambleyasının hesabatına istinadən bildirir ki, Böyük Britaniyanın paytaxtı "uşaqsız şəhər"ə çevrilmək riski ilə üz-üzə qalıb.

Hesabata görə, son on ildə (2023-cü ilə qədər) paytaxt əhalisinin sayı 506 min nəfər artsa da, 10 yaşdan kiçik sakinlərin sayı 99 min 100 nəfər azalıb. Uşaqların sayının azalması nəticəsində 2018-ci ildən bəri əsasən mərkəzi ərazilərdə fəaliyyət göstərən təxminən 2 500 məktəbdən 100-ü bağlanıb. Hesabatda qeyd olunub ki, bu tendensiya davam edərsə, Britaniya paytaxtı gələcəkdə "uşaqsız şəhər"ə çevrilə bilər.

Məlumata görə, Londonda doğum səviyyəsi 2012-ci ildə ən yüksək həddə çatıb. O vaxtdan bəri isə bu göstərici təxminən 20% azalıb.

Araşdırma müəllifləri əsas səbəblərdən biri kimi yaşayış xərclərinin yüksək olmasını göstərirlər. Londonda evlərin orta qiyməti orta əməkhaqqından 11,1 dəfə yüksəkdir. İngiltərə üzrə bu göstərici isə 7,7 dəfə təşkil edir. Kirayə haqları ölkə üzrə orta göstəricidən təxminən 60% bahadır. Paytaxtın mərkəzində iki yaşadək uşaqlar üçün uşaq baxımı xərcləri də ölkə üzrə orta göstəricidən təxminən 34% yüksəkdir.

Böyük London Administrasiyasının proqnozuna görə, uşaqların sayının azalması 2034-cü ilə qədər davam edəcək. Daha sonra bu göstəricinin tədricən bərpa olunaraq 2024-cü ilin səviyyəsinə çatacağı gözlənilir./Oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Mart 2026 06:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri