Londonda son illərin ən böyük etiraz aksiyası: 100 mindən çox insan küçələrə axışdı VİDEO
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Böyük Britaniyanın paytaxtı Londonda son illərin ən böyük etiraz aksiyalarından biri keçirilib. Antimiqrant fəal Tommi Robinsonun təşkil etdiyi “Krallığı birləşdirin” adlı yürüşdə təxminən 110 min nəfər iştirak edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Eyni vaxtda keçirilən “İrqçiliyə qarşı ayağa qalx” adlı əks-etirazda isə təxminən 5 min nəfər iştirak edib. Polislər iki aksiya iştirakçılarını bir-birindən ayırmaq üçün dəmir maneə çəkiblər.
Məlumata görə, “Krallığı birləşdirin” yürüşündə bir sıra insidentlər qeydə alınıb. Nümayişçilər dəfələrlə polisin yaratdığı “neytral zonalara” girməyə cəhd edib, bəzi hallarda isə hüquq-mühafizə orqanlarına hücum ediblər. Bir neçə polis əməkdaşı xəsarət alıb, əlavə qüvvələr və xüsusi qoruyucu avadanlıqla təmin olunan əməkdaşlar, eləcə də atlı polis dəstələri aksiyaya cəlb olunub.
Etirazçılar dövlət bayrağı ilə yanaşı ABŞ bayrağını da dalğalandırıblar, həmçinin Donald Trampın “MAGA” (“Make America Great Again”) şapkalarını taxaraq Baş nazir Kir Starmeri tənqid edən şüarlar səsləndiriblər. Aksiyada “Onları evlərinə göndərin” yazılı plakatlar da qaldırılıb. Etirazçılar arasında uşaqlar da olub.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Sentyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















