Lukaşenkoya inək hədiyyə edildi (FOTO)
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus prezidenti Aleksandr Lukaşenkoya Uzden rayonu ərazisində yerləşən Yaçenka adlı süd istehsalı kompleksinə səfəri zamanı Cersi cinsindən olan "Musya" adlı inək hədiyyə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Müəssisənin əsas fəaliyyət istiqamətlərindən biri damazlıq heyvandarlıqdır. Şirkətdə əsasən Holştin cinsi inəklər saxlanılsa da, son dövrlərdə Cersi cinsinə də diqqət artırılıb. Prezidentə məhz bu cinsdən olan inək təqdim edilib.
Cersi inəkləri süd istiqamətli heyvanlar hesab olunur və nisbətən kiçik ölçüləri ilə seçilirlər. Onların südü yüksək yağ və protein tərkibinə malikdir, o cümlədən A2 zülalını ehtiva edir. Bundan əlavə, bu heyvanlar daha az yem tələb edir. Gündəlik süd məhsuldarlığı 30 litrə qədər çata bilər.
Məlumata görə, təsərrüfatda Cersi cinsinin yetişdirilməsinə bir vaxtlar "Musya” adlı bir inəklə başlanılıb və həmin heyvan 11 il yaşayıb. Lukaşenkoya hədiyyə edilən yeni qırmızı rəngli inək də eyni adı daşıyır.
Qeyd edək ki, bu ilin mart ayında Belarus prezidentinə artıq hamilə bir inək də hədiyyə edilmişdi. O vaxt Lukaşenko həmin heyvana yaxşı qulluq ediləcəyini bildirmişdi. Prezidentin şəxsi təsərrüfatında müxtəlif kənd təsərrüfatı heyvanları və quşlar saxlanılır: inəklər, atlar, keçilər, dəvəquşular, hinduşkalar, Çin və yerli toyuqlar, qazlar və dovşanlar. Bundan əlavə, təsərrüfatda itlər və pişiklər də var, o cümlədən labrador, layka və "Umka” adlı şpits cinsli it.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















