Lukaşenkoya qarşı sanksiyalar tətbiq edildi
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.Zelenski bildirib ki, Rusiya 2025-ci ilin ikinci yarısında Belarus ərazisində hücum dronlarını idarə etmək üçün stansiyalar quraşdırıb. Onun sözlərinə görə, bu stansiyalar Rusiya ordusunun Kiyevdən Volına qədər Ukraynanın şimal regionlarına hücum qabiliyyətini artırıb.
Zelenski qeyd edib ki, Rusiya Belarusun bu yardımı olmadan hücumların bəzilərini, xüsusilə də enerji infrastrukturu və dəmir yolu xətlərinə zərbələri həyata keçirə bilməzdi.
“3000-dən çox Belarus şirkəti Rusiyanın ixtiyarındadır. Bu şirkətlər texnika, avadanlıq və kritik əhəmiyyətli komponentlərin təchizatında rol oynayır”, - Zelenski vurğulayıb.
O əlavə edib ki, Belarus ərazisindən “Oreşnik” raketlərinin atılması üçün də müvafiq infrastruktur yaradılır ki, bu da təkcə Ukrayna üçün yox, bütün Avropaya təhdiddir.
Zelenski onu da bildirib ki, Lukaşenko uzun müddətdir Rusiyaya sanksiyalardan yayınmağa kömək edir: “O, aktiv şəkildə Rusiyanın müharibəsinə bəraət qazandırır və onun uzadılmasında öz şəxsi iştirakını artırır. Bunun xüsusi nəticələri olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















