Icma.az
close
up
RU
Lüksemburq azərbaycanlıları ilə görüş keçirildi FOTOLAR

Lüksemburq azərbaycanlıları ilə görüş keçirildi FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Benilüks ölkələrinə səfəri çərçivəsində Lüksemburq Böyük Hersoqluğundakı Azərbaycan icması ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən  Vətən övladlarının xatirəsinin yad olunması ilə başlayıb.

Komitə sədri soydaşlarımız arasında əlaqələrin şaxələnməsini  təşviq edən layihələr  barədə məlumat verib, diasporumuzun informasiya müharibəsindəki strateji rolu, doğru mövqeyi və milli dəyərlərə sadiqliyi barədə danışıb. Bildirib ki: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin nəticəsində xaricdəki Azərbaycan icmaları öz fəaliyyətlərini yeni və müasir çağırışlara uyğun qurub, ölkəmizin nüfuzunun artırılmasını əsas hədəflərinə çeviriblər”.

Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda  fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov çıxışında Lüksemburqda icma görüşünün keçirilməsini təqdir edib, diaspor fəalliyyətindəki müsbət dinamikanı yüksək qiymətləndirib, son illər soydaşlarımızın diaspor quruculuğuna böyük maraq göstərdiklərini vurğulayıb.

Azərbaycan və Lüksemburq Dostluq Assosiasiyasının (“LuxAz”) təsisçisi Seymur Əhmədov assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat verib, Lüksemburqdakı soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Görüşdə icmanın fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İcma üzvləri diasporun inkişafına yönələn təşəbbüslər, bilik və təcrübə mübadiləsi, icma üzvləri arasında əlaqələrin dərinləşməsi ilə bağlı təkliflər səsləndiriblər.

Sonda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Lüksemburq üzrə koordinatoru seçilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri