“M” ilə “B” arasında │ Vüsal Məmmədovun yazısı
Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Jurnalist bunun tam əksidir. Məsələn (daha keçib, açıq danışaq), Bakıda təşkil olunan iqlim həftəsi heç kimə maraqlı deyil. Heç bir bloger bu haqda məlumat paylaşmaz, çünki baxış sayı düşə bilər. Amma jurnalist bunu etməyə məcburdur, çünki vəzifə borcu tələb edir.
Bloger auditoriyaya şokolad verdiyi halda, jurnalist brokkoli uzadır. İkincisi daha faydalıdır, amma kim şokoladı qoyub, brokkolini alacaq?
Bloger auditoriyaya blokbaster göstərdiyi halda, jurnalist sənədli film nümayiş etdirir. Kim birincini qoyub, ikinciyə baxacaq?
Bloger populyar diringi mahnısı oxuduğu halda, jurnalist simfonik musiqi səsləndirir. Kim birincini qoyub, ikinciyə qulaq asacaq?
Ortada olduqca qeyri-bərabər rəqabət var. Onları müqayisə etmək əslində yarış yox, cığallıqdır. Çünki idmanın iki ayrı-ayrı növündən danışırıq. Təsəvvür edin, sprinter triatlonçu ilə yarışır, yaxud, yolsuzluq rallisinin maşınını “Formula” trasına buraxmısan.
İnfobiznes ilə medianı ayırmaq lazımdır. Blogerlər infobiznes sferasında fəaliyyət göstərirlər, jurnalistlər yox. Blogerin qazancı baxış sayından asılı olmalıdır, çünki infobiznesin qanunları belə diqtə edir. Jurnalist isə yazılması/deyilməsi/göstərilməsi lazım olanı yazmalı/deməli/göstərməlidir. Bəzi şeylər izləyicinin sayı ilə ölçülmür, sadəcə, olmalıdır, vəssalam. Məsələn, simfonik musiqi konsertinə heç kim getməyə bilər, amma ölkədə simfonik orkestr mütləq olmalıdır. Şostokaviçin 2№-li valsı bomboş zalın qarşısında ifa edilsə belə, mütləq çalınmalıdır.
Blogerin missiyası trendə yönəlmiş kütləvi diqqətin bir hissəsini qamarlayaraq, monetizasiya etməkdir. Burada pis heç nə yoxdur, normal biznesdir. Amma jurnalistin missiyası o deyil və olmamalıdır da. Burası başqa söhbədir ki, jurnalist öz missiyasının öhdəsindən necə gəlir. Bunu ayrıca müzakirə etmək lazımdır, özü də “jurnalistika, yoxsa bloger” kontekstində yox.
Bir şeyi başa düşməliyik ki, bu gün jurnalistin gördyü işi blogerlər görsə, sabah onlar da bütün izləyicilərini itirəcəklər. Məsələn, belə bir eksperiment aparaq: ən populyar blogerlərdən biri Azərbaycanın Orta Dəhlizə verdiyi töhfələrdən, Bakıda keçirilən iqlim həftəsinin vacibliyindən, fermerlərə dövlət dəstəyindən, inhisarçılığın qarşısını almaq üçün atılan addımlardan danışsın, bir həftədən sonra görək, profilində aktivlik nə vəziyyətdədir? Nəfəsi gedib-gəlirmi? Edin belə bir eksperiment. Və sonra düşünün ki, jurnalistlər illərdir bunu edir, kütləyə maraqlı olmayan mövzulardan danışırlar. Sonra isə günlərində birində onlara deyilir ki, “sizi izləyən yoxdur, blogerlər yaxşıdır”. Məsələ belə qoyulmalı deyil; sual belə qoyulmalıdır ki, sadalanan mövzularda maraqlı danışa bilmək üçün jurnalistikanın nəyi çatışmır, ona hansı imkanlar yaradılmalıdır?
İzləyici toplamağın yolu kütləni qıcıqlandıran mövzulara toxunmaqdır. Amma hamı kütləni qıcıqlandırmağa çalışsa, onsuz da stressli cəmiyyətimizin əsəbləri daha da pozulacaq.
İnfobiznesə heç bir yardım, dəstək lazım deyil, o öz yolunu tapıb və davam edir, getdikcə də böyüyəcək. Medianın gələcəyi haqqında isə ciddi düşünməyə ehtiyac var. İndiki gedişat qalarsa, yəqin ki, jurnalistlərin çoxu yavaş-yavaş mediadan infobiznesə transfer olunacaq. Proses artıq başlayıb və getdikcə sürət yığmaqdadır.
İnfobiznesdə rəqabətin artması fonunda fərqlənmək getdikcə çətinləşəcək, ona görə blogerlər seçdikləri mövzularla cəmiyyəti daha çox qıcıqlandırmağa çalışacaqlar. Nəticədə dövlətin infobiznes sferası ilə işləməsinə, orada proseslərə yön verməsinə də ehtiyac yaranacaq. Əslində çoxdan yaranıb.
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:135
Bu xəbər 13 Sentyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları