Icma.az
close
up
RU
Maaşdan tutulmaların həddi müəyyənləşib Kimlərə aiddir?

Maaşdan tutulmaların həddi müəyyənləşib Kimlərə aiddir?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda əməkhaqqından tutulmalar yalnız qanunvericiliyin icazə verdiyi hallarda həyata keçirilə bilər.

Milli.Az xəbər verir ki, Əmək Məcəlləsinə görə, işçinin maaşından vəsait yalnız onun yazılı razılığı ilə və ya qanunla nəzərdə tutulan icra sənədləri əsasında tutula bilər. Bundan əlavə, işəgötürən aşağıdakı hallarda öz sərəncamı ilə tutulma apara bilər:

vergilər, sosial sığorta haqları və digər məcburi ödənişlər; icra sənədlərində göstərilən məbləğlər; işçinin təqsiri nəticəsində vurulan zərər (tam maddi məsuliyyət halları istisna olmaqla, orta aylıq əməkhaqqını keçməmək şərti ilə); işçi məzuniyyət götürüb iş ili tamamlanmadan işdən ayrıldıqda, istifadə etdiyi işlənməmiş məzuniyyət günlərinin ödənişi; ezamiyyə üçün verilmiş avansdan istifadə edilməyən və geri qaytarılmayan hissə; mühasibatın riyazi səhvi nəticəsində artıq ödənilmiş məbləğ; təsərrüfat xərcləri üçün verilmiş, lakin vaxtında qaytarılmayan və ya xərclənməyən vəsait; kollektiv müqavilədə nəzərdə tutulan digər tutulmalar; həmkarlar ittifaqı üzvlərinin üzvlük haqları.

Avansın, borcun və ya mühasibat səhvi nəticəsində artıq ödənilmiş məbləğin tutulması həmin hal baş verdiyi tarixdən etibarən 1 ay ərzində həyata keçirilə bilər. Bu müddət keçdikdən sonra həmin məbləğin əməkhaqqından tutulmasına yol verilmir.

İşdənçıxma müavinəti və qanunla vergidən azad edilmiş digər ödənişlərdən tutulma edilə bilməz. Həmçinin, riyazi səhv istisna olmaqla, işçiyə artıq ödənilmiş əməkhaqqının geri tutulması qanunla mümkün deyil.

İşçi yazılı ərizə verdiyi halda, maaşının müəyyən hissəsi kommunal ödənişlərə, bank kreditlərinə və ya digər şəxsi borcların ödənilməsinə yönəldilə bilər. Belə ərizə olmadıqda isə kreditorların tələbi ilə maaşdan tutulma aparılması mümkün deyil.

Qanunvericiliyə əsasən, hər əməkhaqqı ödənişində ümumi tutulma məbləği adətən işçiyə veriləcək maaşın 20%-ni, xüsusi hallarda isə 50%-ni keçə bilməz. Bir neçə icra sənədi olduqda da işçinin maaşının ən azı 50%-i ona ödənilməlidir.

Aliment, sağlamlığa vurulan zərərin ödənilməsi, ailə başçısını itirməyə görə kompensasiya, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi və islah işləri ilə bağlı hallarda isə bu məhdudiyyətlər tətbiq olunmur. Belə vəziyyətlərdə əməkhaqqından tutulmalar maksimum 70%-ə çata bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Avqust 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri