Macarıstan hökumətinin Rusiya ilə bağlı siyasəti dəyişə bilər
Icma.az bildirir, Sia Az portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh strategiyasının bir hissəsi olacağı təqdirdə Budapeşt Qərbin sanksiyalarını dəstəkləyə bilər. SİA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) analitik mərkəzində çıxışı zamanı deyib.
Diplomat qeyd edib ki, əgər Donald Tramp Rusiya ilə atəşkəsə razılıq əldə edilmədiyi halda Kremlə təzyiq vasitəsi kimi sanksiyalardan istifadə edərsə, Macarıstan bu tədbirləri dəstəkləyə bilər.
Onun sözlərinə görə, Avropa İttifaqının əvvəllər tətbiq etdiyi sanksiyalar “absurd” və “uğursuz” olub, iqtisadi baxımdan isə Rusiyadan daha çox Avropaya ziyan vurub.
“Bizim gələcək qərarlarımız gələcəkdə üzləşəcəyimiz şəraitdən asılı olacaq”, – deyə Peter Siyarto əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Aprel 2025 06:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















