Icma.az
close
up
RU
Macarıstanda Madyar DÖNƏMİ Budapeştin xarici siyasəti necə dəyişəcək? ÖZƏL AÇIQLAMA

Macarıstanda Madyar DÖNƏMİ Budapeştin xarici siyasəti necə dəyişəcək? ÖZƏL AÇIQLAMA

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Macarıstanda Tisa Partiyasının hakimiyyətə gəlməsi fonunda ölkənin son 16 ildəki xarici siyasətində dəyişikliklərin olacağı gözlənilir. Partiyanın seçki kompaniyasına nəzər yetirdiyimiz zaman, Orban admtrasiyasından fərqli yol izləyəcəkləri qənaətinə gəlmək olur.
Tisa Partiyası öz proqramında xarici siyasət üzrə bir neçə əsas məqsəd müəyyənləşdirib:
- Macarıstanın Avropa İttifaqı və NATO üzvlüyünə, eləcə də hüququn aliliyinə əsaslanan beynəlxalq nizama sadiqliyinin gücləndirilməsi.
- Regional ittifaqların, xüsusilə Vişeqrad Dördlüyü çərçivəsində əməkdaşlığın canlandırılması.
- Yaxın Şərq, Qlobal Cənub və aparıcı Asiya iqtisadiyyatlarına qarşı diferensial strategiyanın hazırlanması; bu yanaşma eyni zamanda Macarıstanın təhlükəsizlik, iqtisadi və ittifaq maraqlarını irəli aparmağı hədəfləyir.
- Ənənəvi Qərb yönümlü ticarət əlaqələrinin gücləndirilməsi, eyni zamanda Mərkəzi və Şərqi Avropa, Balkanlar, Türkiyə və Asiyada yeni bazar imkanlarının axtarılması.
Həmçinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarında əsas divar olan Macarıstanın Rusiya-Ukrayna müharibəsindəki mövqeyinin də dəyişəcəyi ehtimal edilir.
Bəs Macarıstanın xarici siyasətində Orbanın hakimiyyəti dövründən fərqli olaraq, hansı yeniliklər olacaq?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa bildirib ki, yeni hökumət Aİ qanunlarına əməl edərək siyasətini quracaq:
“Gələcək hökumətin xarici siyasət istiqaməti barədə hazırda məlum olanlar əsasən onların seçki kampaniyası mesajlarını əks etdirir. Rəhbərlik Orban hökumətinin “bağlantılar üzərində qurulmuş, çoxvektorlu” xarici siyasətindən uzaqlaşmaq və bunun əvəzinə Qərb müttəfiqləri ilə daha yaxın uyğunlaşmanı prioritet etmək niyyətini ifadə edib. Bu çərçivədə Macarıstan Avropa ilə Rusiya arasında geosiyasi seçim qarşısında qalan bir ölkə kimi təqdim olunur və açıq şəkildə Avropaya üstünlük verilir”.
Laszlo Vasa qeyd edib ki, Mərkəzi Avrasiya ilə bağlı gələcək hökumətin mövqeyi hələlik tam aydın deyil:
“Bununla belə, ümumi proqram strateji əhəmiyyətli tərəfdaşlarla praqmatik əməkdaşlığın və funksional münasibətlərin davam etdirilməsinə diqqət yetirir. Bu kontekstdə Türkiyə kimi ölkələr əhəmiyyətini qoruyacaq.”
Həmçinin yeni hökumətin “Ruslar, evə qayıdın!” şüarı Rusiya ilə münasibətlərin soyumasını göstərir:
“Ümumilikdə, bu Avropa İttifaqının mövqeyi ilə uyğunluq təşkil edir. Bu dəyişikliklərin mövcud enerji razılaşmalarına, qaz, neft və nüvə yanacağı təchizatı daxil təsiri hələ qeyri-müəyyəndir.
Bununla belə, proqram Rusiya enerjisindən asılılığın azaldılmasını strateji məqsəd kimi açıq şəkildə müəyyən edir. Ukrayna məsələsi daha həssasdır, lakin yeni hökumətin Aİ-nin mövqeyi ilə uyğunlaşacağı gözlənilir. Bununla belə, nə birbaşa maliyyə yardımı, nə də silah tədarükü nəzərdə tutulur. Eyni zamanda, Macarıstan Ukrayna ilə bağlı Aİ səviyyəsində qərarlara veto qoymayacaq”.
Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Aprel 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri