Icma.az
close
up
RU
Mahir Emreli: Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır

Mahir Emreli: Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubunda ona qarşı olunan bəzi hərəkətlərin xoşagəlməz olduğunu bildirib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu hücumçu özü DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, hazırda çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubunda heyətə düşə bilməməsindən danışıb:

"Almaniyaya döndüyümdə "Kayzerslautern" klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini yəqin ki, orada öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu mənim xoşuma gəlmədi. Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır".

M.Emreli Ukraynaya məğlub olduqları qarşılaşmanı şərh edib:

"Düşünmürəm ki, baş məşqçimiz Ayxan Abbasov tənqidlərə görə məni start heyətində meydana buraxmasın. Fransa ilə matçda daha təcrübəli futbolçuya ehtiyac olduğu üçün əsas heyətdə meydana çıxmışdım. O matçda hər bir futbolçu əlindən gələni etdi. Həmin qarşılaşma ilə bağlı insanların narazı olduqları məqamları anlaya bilmirəm. Düşünürəm ki, məsələyə pozitiv yanaşmalıyıq. Çünki Fransa seçməsinə ilk 45 dəqiqə ərzində real qol fürsəti yaratmağa imkan verməmişdik. Görüşün gedişində inanmağa başlamışdıq ki, bəlkə Fransadan xal almaq olar. Təbii ki, rəqibin heyətindəki səviyyəli futbolçular sonradan öz sözlərini dedilər. Ukrayna ilə keçirdiyimiz hər iki görüşdə rəqibdən heç də zəif çıxış etmədik".

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri