Icma.az
close
up
RU
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi Yenilənib

Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi Yenilənib

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samuxda məktəbdə keçirilən “Son zəng” mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.

Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.

Qeyd edək ki, sözügedən məktəbdə bu il keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.

***

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən vəzifəsinə geri qaytarılması birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.

Belə ki, məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək.

Qeyd edək ki, MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see258

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see178

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see173

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see135

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see122

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see118

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri