Icma.az
close
up
RU
Makron Azərbaycanın qlobal miqyasda artan nüfuzunu ölkəsi üçün təhdid olaraq qiymətləndirir DEPUTAT

Makron Azərbaycanın qlobal miqyasda artan nüfuzunu ölkəsi üçün təhdid olaraq qiymətləndirir DEPUTAT

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Makron Azərbaycanın qlobal miqyasda artan nüfuzunu ölkəsi üçün təhdid olaraq qiymətləndirir" - DEPUTAT

"Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verən cənab Prezident İlham Əliyev Fransanın müstəmləkə siyasəti ilə bağlı bir sıra mühüm fikirlər səsləndirdi. Ölkə rəhbərimiz rəsmi Parisin Korsika, Yeni Kaledoniya, Mayot adası və bu tip 15 ölkədə beynəlxalq hüquqa və insan haqlarına zidd yanaşmalarını sərt şəkildə tənqid etdi".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, Fransanın qaranlıq tarixinin böyük bir hissəsi müstəmləkəçilik siyasəti ilə bağlıdır:

"Yelisey Sarayı müstəmləkələrində, xüsusilə, Afrika və Asiya ölkələrində yerli xalqların hüquqlarını sistematik formada pozmuş, resursları istismar etmiş, fransız dili və mədəniyyətini zorla tətbiq edərək yerli mədəniyyətləri inkar etmişdir. Fransanın Əlcəzairdə, Malidə, Nigerdə törətdiyi qətliamlar insanlıq adına ləkədir.

Azərbaycan Qoşulmama Hərəkatı və Bakı Beynəlxalq Təşəbbüs qrupu vasitəsilə Parisin neokolinalist siyasətinə qarşı fəal şəkildə mübarizə aparır. Ölkəmiz fransız zülmündən əziyyət çəkən xalqların beynəlxalq arenada səsi olmuşdur. Xüsusilə, dövlət rəhbərimiz İlham Əliyevin neokolinalizim yanaşmalarına yönəlik sərt mövqeyi Fransanın qlobal miqyasda nüfuzuna ciddi xələl gətirir. Ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən işlər artıq öz müsbət nəticələrini verməkdədir. Fransa hal-hazırda əsrlərdir söz sahibi olduğu Afrikada istənilməyən qonaq kimidir və bir çox dövlətlər Mali, Mərkəzi Afrika Respublikası, Niger, Burkina Faso fransız hərbi kontingentlərini ölkələrindən qovurlar.

Fransa prezidenti Emanuel Makron Azərbaycanın qlobal miqyasda artan nüfuzunu ölkəsi üçün təhdid olaraq qiymətləndirir. O, Ermənistanı silahlandırmaqla, növbəti hərbi qarşıdurma yaratmağa cəhdlə ölkəmizi zəiflətməyə çalışır. Lakin onun addımları heç bir nəticə verməyəcək. Azərbaycan regionun lider dövləti kimi siyasi və hərbi proseslərə nəzarət edir, qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri fonunda regional təhlükəsizlik arxitekturası formalaşdırır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 19 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri