Icma.az
close
up
RU
“Ulu Öndər Azərbaycanın siyasi həyatına peşəkar idarəetmə nümunəsi gətirdi“ ŞƏRH EDİLDİ

“Ulu Öndər Azərbaycanın siyasi həyatına peşəkar idarəetmə nümunəsi gətirdi“ ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma müstəqilliyin şirinliyini dada bilmədi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalları, Qərbi Azərbaycandan minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Bakıda hakimiyyət uğrunda çarpışmalar ölkəni faciəli bir duruma gətirdi. Qısa zaman kəsiyində hakimiyyət eşalonunda zəif iradə sahibi K. Bağırovu, milli hisslərdən uzaq Ə. Vəzirov, onu da xalqın gücünə etibar etməyən və ümidini Moskvaya bağlayan A. Mütəllibov, onu da idarəçilikdə təcrübəsi olmayan Ə. Elçibəy əvəz etdi. Sürət Hüseynovun qiyamı sonuncuları hakimiyyətdən saldı, Prezident Bakını gizlicə tərk edib Naxçıvanda məskunlaşdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, müstəqil Azərbaycanın varlığı təhlükə ilə üz-üzə dayandı: “Xalq nəzərini Naxçıvana dikdi və ümidini Heydər Əliyevə bağladı. Azərbaycanı vətəndaş müharibəsindən, qardaş qırğınından və parçalanmaqdan qurtarmaq üçün Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev Naxçıvanı erməni hücumlarından, ağır blokadadan qoruduğu kimi, Bakıda da böyük təcrübəsi hesabına dövlətin müstəqilliyini qoruyub saxladı. Qonşu dövlətlərlə balanslaşdırılmış siyasətin tətbiqinə başladı. Düşmən hücumunu dəf etmək üçün ordu quruculuğu sahəsində əməli tədbirlər görməyə başladı. Azərbaycanı parçalamaq və müstəqilliyinə son qoymaq üçün həm daxildə, həm də Azərbaycandan kənarda kifayət qədər pozucu qüvvələr var idi. Xalq Cəbhəsi rəhbərliyi də Heydər Əliyevə qarşı münasibətdə ədalətsiz mövqe sərgilədi. Dövləti idarə edə bilməyən və kömək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib Bakıya dəvət edənlər müxalif mövqedə dayandılar. Hökumət üzvləri, qanunveruci orqanın rəhbər heyəti Heydər Əliyevin fəaliyyətinə mane olur, onu idarəçilikdən məhrum etmək istəyirdilər. Heydər Əliyev bütün maneələri dəf etməyə müvəffəq oldu. Hakimiyyətdə olub, hakimiyyətə mane olan bütün qüvvələri idarəçilikdən uzaqlaşdırdı. Ayrı-ayrı şəxslərə məxsus silahlı dəstələri zərərsizləşdirdi.

1993-cü ilin oktyabrında Azərbaycanda Prezident seçkiləri keçirildi. Heydər Əliyev böyük səs çoxluğu ilə dövlət başçısı seçildi. Prezident Heydır Əliyev ilk növbədə olkədə ictimai-siyasi sabitliyi bərpa etmək üçün genişmiqyaslı və təxirəsalınmaz işlərə başladı. Ermənistan silahlı qüvvələrinin qarşısını almaq üçün ordu quruculuğu və silah tədarükünü dövlətin əsas fəaliyyət sahəsinə çevirdi. Fərarilik və ordudakı özbaşınalıq, komandirlərin itaətsizliyi ciddi və ağır vəziyyətə səbəb olmuşdu. Ona görə Prezident fəaliyyətinin böyük bir hissəsini ordu quruculuğuna həsr etdi. 1994-cü ilin fevralında düşmənin növbəti hücumu dəf edildi və Füzuli istiqamətində onlarla yaşayış məskəni düşməndən azad edildi.

Prezident Heydər Əliyev iqtisadiyyatı böhrandan çıxarmaq üçün neft sənayesinə müraciət etmək qərarına gəldi. Ölkənin özünün dənizdə neft çıxarmağa heç bir imkanı yox idi. Digər tərəfdən torpaqlarının 20 faizi işğal altında olan ölkəyə heç bir dövlət sərmayə qoymaq istəmirdi. Yalnız Prezident Heydər Əliyevin şəxsi nüfuzu və uğurlu danışıqları Qərb şirkətlərini Azərbaycana gətirə bildi. 1994-cü ilin sentyabrında Azərbaycan hökuməti ilə Qərb şirkətləri arasında “Əsrin müqavilə”si bağlandı. Azərbaycan Qərbin himayəsini qazandı. Azərbaycana milyardlarla dollar sərmayə qoyan Qərb şirkətləri ölkədə sabitliyin qorunması, müstəqilliyin güclənməsi üçün Prezident Heydər Əliyevin siyasi kursuna hər cür dəstək verirdilər.

Uzun illər Azərbaycana rəhbərlik edən Prezident Heydər Əliyev ölkədə sabitliyi bərpa etmək, min illər boyu Azərbaycanda yaşayan xalqları səfərbər etmək, Xalq Cəbhəsi hakimiyyəti dövründəki ayrı-seçkiliyi aradan qaldlrmaq üçün azərbaycançılıq düşüncəsini irəli sürdü və xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olundu. Milli ideologiyanın əsas komponentlərindən olan azərbaycançılıq xalqı ümumi düşmənə qarşı mübarizədə birləşdirdi, dünyada yaşayan azərbaycanlıları Azərbaycanla yaxınlaşdırdı.

Prezident Heydər Əliyev müstəqil Azərbaycanın siyasi həyatına peşəkar idarəetmə nümunəsi gətirdi, siyasətdə Heydər Əliyev üslubunu gətirdi, siyasi idarəetmədə planlamanı gətirdi, iqtisadi inkişaf modelini gətirdi, dayanıqlı inkişafı gətirdi, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün müstəqil dövlətin Konstitusiyasını qəbul etdi, dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq məfkurəsinə meydan verildi, bazar iqtisadiyyatına keçildi, vətəndaş cəmiyyətinə keçid üçün şərait yaradıldı və s.

1993-cü ilin oktyabrında keçirilən Prezident seçkiləri və Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi Milli qurtuluşa gedən yolun başlanğıcı idi. Bu yolun ilk günü 15 iyunla bağlı idi. 10 il ərzində Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmək üçün mümkün olanları etdi. Gələcəyinə təminat kimi və dövlət suverenliyinə nail olmaq üçün 2003-cü ilin oktyabrında gənc siyasətçi İlham Əliyevi Azərbaycan xalqına təqdim etdi. Ümummilli liderin İlham Əliyev haqqında: “mən ona özüm qədər inanıram” fikrini bütün Azərbaycan xalqı ürəkdən qəbul etdi və İlham Əliyevin Prezident seçilməsinə səs verdi. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin və Azərbaycan xalqının etimadını doğrultdu. 44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Qarabağ işğaldan azad edildi, separatçı yuvası ləğv edildi, dövlətin suverenliyi bərpa edildi. Ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi müstəqil Azərbaycanın bütün bölgələrində uğurla həyata keçirilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see8871

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see462

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see250

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see166

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see155

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see143

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see137

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see130

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see122

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri