Icma.az
close
up
RU
Makronizmdən əziyyət çəkən kiçik ada ölkələri ilə Azərbaycanın vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib

Makronizmdən əziyyət çəkən kiçik ada ölkələri ilə Azərbaycanın vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Makronizmdən, Fransa zülmündən əziyyət çəkən Dənizaşırı ərazilər, Kiçik ada ölkələri ilə Azərbaycanın vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, dialoqda Fransa müstəmləkələrindən olan media nümayəndələri, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı Abbas Abbasov qonaqların ölkəmizə səfərinin əhəmiyyətli olduğunu vurğulayıb:

"Sizin iştirakınızla keçirilən görüşlər və tədbirlər müstəmləkədən xilas yolundakı addımlara mühüm töhfədir".

Daha sonra Milli Məclisin deputatı Pərvanə Vəliyeva əcnəbi media nümayəndələrinə Milli QHT Forumu və Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti, kolonializmə qarşı tədbirləri haqqında məlumat verib. O qeyd edib ki, BTQ qlobal bir platforma olaraq, koloniyaların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır:

"Biz beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışırıq. Ona görə, Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvineyası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Reunion, eləcə də Mayottda (Qəmər Adaları İttifaqı) müstəqillik tərəfdarları, siyasi liderlər, deputatlar, ekspertlər və s. təşkilatın həm Azərbaycanda, həm də dünyada təşkil etdiyi tədbirlərdə fəal iştirak edirlər".

P. Vəliyeva əlavə edib ki, Azərbaycan qlobal miqyasda müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəyə davam edəcək:

"Çünki müstəqillik koloniyaların qanuni haqqıdır. Bunu tarixi ədalətin bərpası kimi də qiymətləndirmək olar".

Deputat Azər Allahverənov isə vurğulayıb ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı və Bakı Təşəbbüs Qrupu çərçivəsində görülən işlər diqqət cəlb edir:

"Azərbaycan müstəmləkə əleyhinə fəal çıxış edən dövlətdir. Azərbaycan da 200 ildən çox başqa bir dövlətin tərkibində müstəmləkəçilikdən zərər görüb. Ona görə bundan əziyyət çəkən ərazilərə dəstək göstəririk. Onların müstəqillik mübarizəsində yalnız olmadığını diqqətə çatdırmağı özümüzə borc bilirik".

Görüş müzakirələr və sual-cavabla davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri