Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Mançester klubları susdu, London nəhəngləri hərəyə 5 qol vurdu

Mançester klubları susdu, London nəhəngləri hərəyə 5 qol vurdu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Premyer-liqanın 2-ci turunda Mançester nəhəngləri qələbəyə həsrət qaldı: “Siti” “Tottenhem”ə uduzdu, “Yunayted” “Fulhem”lə “sülh bağladı”.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçilərindən “Arsenal” və “Çelsi” hərəyə 5 qol vurdu. Turnir cədvəlinin zirvəsini “topçular” və “mahmızlar”la yanaşı, dünən axşam “Nyukasl”ı məğlub edən “Liverpul” bölüşür.
Mövsümün əvvəlindəki 2-ci London derbisi “Çelsi” üçün daha uğurlu oldu. “Zadəganlar” “Vest Hem”i səfərdə darmadağın etdi. Düzdü, oyun Mareskanın komandası üçün heç də yaxşı başlamadı.
“Çəkicdöyənlər” Paketanın uzaq məsafədən möhtəşəm qolu ilə hesabı açdı. Ancaq qonaqlar Pedronun sayəsində tezliklə “status-kvo”nu bərpa etdi. Bir qədər sonra “Vest Hem” 2-ci qolu da vurdu. Sadəcə, Füllkruqun qolu ofsayd üzündən sayılmadı. Bundan sonra meydanda yalnız “Çelsi” var idi. Qonaqlar artıq ilk yarının sonunda 2 topluq üstünlük qazandı. Əvvəlcə Neto, ardından Fernandes fərqləndi. “Vest Hem”in baş məşqçisi Potter dəyişikliklər və taktiki yerdəyişmələr hesabına oyunun axarına müdaxilə etməyə çalışsa da, heç nə alınmadı. 2-ci hissənin əvvəlində “Çelsi” daha iki dəfə fərqlənmək üçün imkan tapdı. Kaysedo ilə Çalobanın qolları “Vest Hem”in darmadağını rəsmiləşdirdi.
2-ci yarının gedişində “London-Stedium”un tribunalarının boşalması təəccüb doğurmadı: “Vest Hem”in bir çox azarkeşi bu əzaba sona qədər baxmaq istəmədi. “Çelsi” üçün yeganə qanqaraldıcı məqam Palmerin zədəsi oldu. O, oyunöncəsi isinmə hərəkətləri zamanı dabanında narahatlıq hiss etdi. “Vest Hem” ilk iki oyunda 1 qol vurub, 8-ni buraxıb.
Belə görünür ki, Potter mövsümdə ilk istefanın səbəbkarı olmağı çox yaxındı. Yanvardan bəri “çəkicdöyənlər”i çalışdıran mütəxəssis bu müddətdə oyun səviyyəsində tərəqqiyə nail olmayıb.
Turun mərkəzi oyununda “Mançester Siti” “Tottenhem”i qəbul etdi. Bu rəqiblər arasındakı son üç dueldə qonaq komanda “quru” qələbə qazanmışdı. Ənənə bu oyunda da davam etdi. Hərçənd “Tottenhem”in belə qələbəsi gözlənilməz idi.
İlk turda “Vulverhempton”dan müqavimət görməyən Qvardiolanın komandası bu dəfə əziyyət çəkdi. Londonlular gözəl əks-hücumlar qururdu, “şəhərlilər” isə mövqe hücumlarında effektli deyildi. Holann ilk yarıda Marmuş üçün əla imkan yaratdı, ancaq o, Vikario ilə dueldə uduzdu. “Tottenhem” isə qol imkanlarına daha həssas yanaşdı. Qonaqların fasiləyə qədər qapıya vurduğu hər iki zərbə qolla nəticələndi. Əvvəlcə Rişarlisonun asmasından sonra Conson qapıya yol tapdı, ardından Treffordun səhvi Palyinyanın fərqi artırmasına şərait yaratdı. Belə düşünmək olardı ki, MS 2-ci yarıda təzyiqi artıracaq, ancaq oyunun axarında kəskin dəyişiklik olmadı. Ağıllı şəkildə müdafiə olunan “mahmızlar” rəqibə real qol vəziyyəti yaratmağa imkan vermədi. Üstəlik sonradan meydana çıxan Odober fərqi darmadağın həddinə çatdıra bilərdi. Frankın dövründə “Tottenhem” çox inamlı təsir bağışlayır. “Şəhərlilər”ə gəlincə, Qvardiola düşünmək üçün “material” qazandı. Onlar bu oyunda nə müdafiədə, nə də hücumda inamlı təsir bağışadı.
“Arsenal” cari mövsümdəki ilk ev oyununda parlaq qələbə qazandı. Artetanın komansası “Lids”in qapısından 5 cavabsız top keçirdi. Qonaqlar “Emireyts”də yarım saat davam gətirdi. 34-cü dəqiqədə ilk dəfə künc zərbəsi qazanan londonlular bu imkandan yararlandı – bəstəboy Timber başla dəqiq zərbə vurdu. Düzdü, buna qədər qonaqlar da eyni şəkildə fərqlənə bilərdi, ancaq Rayya Stryokun zərbəsinin qarşısını aldı. “Arsenal” fasilə ərəfəsində fərqi artırmağı bacardı. Timberin qapı önünə çıxardığı Saka uzaq “9-luğ”u nişan aldı. Bu qol qonaqların müqavimətini qırdı, onlar 2-ci hissədə heç nə ilə yadda qalmadı. Artıq 48-ci dəqiqədə Dyökeşer fərqi darmadağın həddinə çatdırdı. Özü də zərbə ərəfəsində cərimə meydançasında rəqibin üç futbolçusunu işsiz qoymaqla. Tezliklə Timber dubl etdi və bu dəfə də künc zərbəsinin ardından. 64-cü dəqiqədə Arteta 15 yaşlı Doumanı “döyüşə atdı”. Yeniyetmə vunderkindin uzatma dəqiqələrində qazandığı penaltini Dyökereş uğurla yerinə yetirdi. “Topçular”ın əhval-ruhiyyəsini yalnız Edeqorla Sakanın zədələnməsi korladı.
İlk turda məğlubiyyətlə barışan “Mançester Yunayted” “Fulhem”lə səfər oyununun əvvəlində hesabda irəli çıxa bilərdi – Kunya topu dirəyə vurdu. Meydan sahibləri də hücumlar qururdu. Epizodların birində Bayındır Kinqin fərqlənməsinə imkan vermədi. Türk qolkiper davamında Kunyanı qapıçı ilə təkbətək çıxarsa da, o hesabı aça bilmədi. İlk yarıda ən real qol şansına Fernandeş malik oldu. 38-ci dəqiqədə “nöqtə”yə yaxınlaşan poruqaliyalı topu səmaya göndərdi. Penalti qəribə məqamla müşayiət olundu. Kapitan zərbəni yerinə yetirmək üçün geri çəkiləndə Kris Kavana ilə toqquşdu və buna görə referiyə narazılığını çatdırdı. 2-ci hissənin əvvəlində “qırmızı şeytanlar” məhz standart vəziyyətdən sonra önə keçdi. Mbemanın kornerdən asmasından sonra Yoro başla zərbə vurdu, Munizin kürəyindən səkən top tora daxil oldu. “Bağbanlar” əvəzetmələr hesabına oyunun axarını dəyişdi. 73-cü dəqiqədə Smit-Rou yerli azarkeşləri sevindirdi. Londonlular qələbə dalınca irəli atılsa da, mankunianlar da heç-heçəyə razı deyildi. Amma qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hesab dəyişmədi.
Turun qalan oyunlarına gəlincə, “Bernli”, “Bornmut”, “Brentford” və “Everton” evdə qələbə qazandı, “Kristal Pelas” – “Nottingem Forest” oyununda heç-heçə qeydə alındı.
2-ci tur
Mançester Siti – Tottenhem 0:2

Conson, 35. Palyinya, 45+2.
MS: Trefford, Lüis, Stounz, Diaş, Ayt-Nuri (Ake, 23), Reynders, Niko (Rodri, 75), Bobb (Foden, 75), Şerki (B.Silva, 54), Marmuş (Dokyu, 54), Holann.
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Spens, Sarr, Palyinya (Danso, 90+1), Bentankur, Kudus (Berqvall, 86), Rişarlison (Solanke, 78), Conson (Odober, 78).
Vest Hem – Çelsi 1:5
[Paketa, 6 – Pedro, 15. Neto, 23. Fernandes, 34. Kaysedo, 54. Çaloba, 58.
Çelsi: Sançes, Hüsto (Ceyms, 69), Adarabioyo, Çaloba (Fofana, 69), Kukurelya (Hato, 69), Fernandes, Kaysedo, Estevao (Gittens, 77), Neto, Pedro, Delap (Santos, 62).
[b]Arsenal – Lids 5:0
Timber, 34; 56. Saka, 45+1. Dyökereş, 48; 90+4-p.
Arsenal: Rayya, Timber (Moskera, 64), Saliba, Qabriel, Kalafyori (Lüis-Skelli, 64), Edeqor (Nvaneri, 38), Subimendi, Rays, Saka (Trossar, 53), Dyökereş, Madueke (Douman, 64).
Fulhem – Mançester Yunayted 1:1
Smit-Rou, 73 – Muniz, 58-öz qapısına.
MY: Bayındır, Şou (Maquayr, 87), De Liqt, Yoro (Heven, 87), Dorqu, Fernandeş, Kazemiro (Şeşko, 53), Diallo (Dalot, 52), Maunt (Uqarte, 69), Mbeumo, Kunya.
Bernli – Sanderlend 2:0
Kallen, 47. Entoni, 88.
Bornmut – Vulverhempton 1:0
Tavernye, 4.
Brentford – Aston Villa 1:0
Uattara, 13.
Kristal Pelas – Nottingem Forest 1:1
Sarr, 37 – Hadson-Odoi, 57.
Everton – Brayton 2:0
Ndiay, 23. Qarner, 52.
Nyukasl – Liverpul 2:3
Gimaraynş, 57. Osula, 88 – Qravenberx, 35. Ekitike, 46. Nqumoa, 90+10.
1. Arsenal 2 2 0 0 6-0 6
2. Tottenhem 2 2 0 0 5-0 6
3. Liverpul 2 2 0 0 7-4 6
4. Çelsi 2 1 1 0 5-1 4
5. Nottingem Forest 2 1 1 0 4-2 4
6. Mançester S. 2 1 0 1 4-2 3
7. Sanderlend 2 1 0 1 3-2 3
8. Everton 2 1 0 1 2-1 3
9. Bornmut 2 1 0 1 3-4 3
10. Bernli 2 1 0 1 2-3 3
11. Brentford 2 1 0 1 2-3 3
12. Lids 2 1 0 1 1-5 3
13. Fulhem 2 0 2 0 2-2 2
14. Kristal Pelas 2 0 2 0 1-1 2
15. Nyukasl 2 0 1 1 2-3 1
16. Mançester Y. 2 0 1 1 1-2 1
17. Aston Villa 2 0 1 1 0-1 1
18. Brayton 2 0 1 1 1-3 1
19. Vulverhempton 2 0 0 2 0-5 0
20. Vest Hem 2 0 0 2 1-8 0
Bombardir: Holann (MS), Rişarlison, Conson (hər ikisi “Tottenhem”), Semenyo (Bornmut), Vud (Nottingem Forest), Timber, Dyökereş (hər ikisi “Arsenal”), Ekitike (Liverpul) – 2.
Növbəti turun oyunları avqustun 29-31-i aralığında keçiriləcək: Aston Villa – Kristal Pelas, Çelsi – Fulhem, Vulverhempton – Everton, Mançester Yunayted – Bernli, Sanderlend – Brentford, Tottenhem – Bornmut, Lids – Nyukasl, Brayton – Mançester Siti, Nottingem Forest – Vest Hem, Liverpul – Arsenal.
Turun rəqəmi
10 – Qvardiola 10-cu dəfə “Tottenhem”ə uduzdu. O, baş məşqçi kimi “mahmızlar”la 24-cü dəfə üz-üzə gəldi. “Şəhərlilər”in bu duellərdə 11 qələbəsi var, daha 3 oyun heç-heçə bitib. Pep heç bir başqa komandaya bu qədər çox uduzmayıb. Daha dəqiqi, onun “Liverpul”a qarşı 24 oyunda da 10 məğlubiyyəti var.
Turun ulduzu
Rişarlison (Tottenhem) – “Siti” müdafiəsinə çoxlu problem yaşatdı. Treffordun qapısına bir neçə dəfə zərbə vurdu. Qol hücumlarının ikisində də iştirak etdi. Onun sağ cinahdan asmasından sonra Conson fərqləndi. 2-ci qolda isə braziliyalı topu Palyinya üçün saxladı.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Qol vurandan sonra necə oynamalı olduğumuzu unutduq. Qələbə qazanmağı çox istəyirik, bu yaxşı hissdi. Amma qol vurandan sonra hər kəs meydanda belə düşünməyə başladı: “İndi isə hesabı qorumağa çalışaq və qalib gələk”. Mənə elə gəlir ki, daha güclü təzyiq göstərməliydik”.


Faktlar
* “Arsenal” ilk iki turda künc zərbəsindən sonra 3 qol vurub. “Topçular” 2023/24 mövsümünün startından bəri premyer-liqada bu yolla 33 dəfə fərqlənib. Bu göstəricidə 2-ci yerdə “Liverpul” qərarlaşıb (20).
* 64-cu dəqiqədə oyuna qoşulan Maks Douman 15 yaş 235 günlük idi. O, premyer-liqanın ən gənc ikinci debütantıdı. Bu göstəricidə rekordçu da “Arsenal”dandı. İtan Nvaneri meydana 15 yaş 181 günlüyündə çıxmışdı.
* MY ötən mövsümün startından bəri 29 oyunda ilk yarıda fərqlənə bilməyib. “Böyük beşlik” ölkələrində çıxış edən komandalar arasında bu göstəricidə rekordçu “Cenoa”dı (30 oyun).
* MY ilk iki oyunun heç birində qələbə qazana bilməyib. Komanda 2022-ci ildən bəri ən pis startını reallaşdırıb. Onda Ten Haqın çalışdırdığı “qırmızı şeytanlar” ilk iki oyunda uduzmuşdu.
Oyundan sonra
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Çox sevinirəm, xüsusən də oyuna yaxşı başlamadığımızı nəzərə alsaq. Palmerin zədəsi, 6-cı dəqiqədə qol buraxmağımız... Ancaq pressinq sayəsində hadisələrə yaxşı reaksiya verə bildik. Komanda həm topla, həm də topsuz oyun zamanı plana sadiq qaldı. Futbolçular eyni ruhda davam etdi və məhz bu məqam məni sevindirir”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Sadə vəziyyətlərdə lazım olanı etmədik. Təzyiq altına düşəndə çox səhvə yol verdik. Yetərincə çox təhlükəli vəziyyət yaratsaq da, bunları reallaşdıra bilmədik. Futbolda belə şeylər olur. Necə işlədiyimizi, oyunçuların necə çalışdığını bilirəm. Hələ də təkmilləşmək lazımdı. Addım-addım oyunumuzu yaxşılaşdırmalıyıq”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Hədsiz inamlı qələbə qazandıq. Məndə oyundan əvvəl belə hissiyyat var idi. Düşünürəm ki, oyunumuz, dominantlıq etməyimiz ilə qürur duymalıyıq. Demək olar ki, qapımıza zərbə vurulmasına imkan vermədik, bir qol da buraxmadıq. Özümüz isə çoxlu qol vəziyyəti yaratdıq. Dyökereş “Arsenal”da ilk iki qolunu vurdu. Timberə görə də sevinirəm. Uzun müddət sağlıq durumu ilə bağlı problem yaşadı. Komandamızda debüt edən Moskera da məni sevindirdi. Əlbəttə, oyunun bəzəyi həm də Maks Douman idi. 15 yaşında meydana çıxdı və penalti qazandı. Onunla qürur duyuram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri