Mançester Siti nin futbolçusu Köln ə keçdi
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Mançester Siti”nin müdafiəçisi Cəhmay Simpson-Pyusi mövsümün qalan hissəsini Almaniyanın “Köln” klubunda keçirəcək.
QOL.az xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı futbolçunun icarəyə götürüldüyünü klubun rəsmi saytı vasitəsilə açıqlayıb.
Məlumata görə, tibbi müayinədən uğurla keçən İngiltərənin U-20 millisinin üzvü komandanın qış toplanışında iştirak etmək üçün İspaniyanın La-Nusiya şəhərinə yollanıb.
Simpson-Pyusi “Mançester Siti”nin yetirməsidir. O, mövsümün əvvəlində icarə əsasında Şotlandiyanın “Seltik” klubuna keçmişdi. Müdafiəçi yanvarın 5-də yenidən “şəhərlilər”in düşərgəsinə qayıdıb. Futbolçu mövsümün ilk yarısında “Seltik”in əsas və ehtiyat komandalarının heyətində ümumilikdə 2 oyuna çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 07 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















