Icma.az
close
up
RU
Manuel Fernandeş: Azərbaycan millisinin inkişafı üçün yerli futbolçular xarici liqalara üz tutmalıdırlar EKSKLÜZİV

Manuel Fernandeş: Azərbaycan millisinin inkişafı üçün yerli futbolçular xarici liqalara üz tutmalıdırlar EKSKLÜZİV

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 iyun, AZƏRTAC

Portuqaliya millisinin sabiq futbolçusu, karyerası ərzində ölkəsində "Benfika", İngiltərədə "Everton", İspaniyada "Valensiya" və Türkiyədə "Beşiktaş" kimi tanınmış komandalarda çıxış etmiş Manuel Fernandeş həmyerlisi, eləcə də yığmadakı sabiq baş məşqçisi Fernandu Santuşun Azərbaycan millisindəki işi və özünün gələcək planları haqqında danışıb.

Veteran yarımmüdafiəçi AZƏRTAC-a eksklüziv açıqlamasında 70 yaşlı mütəxəssisə inandığını bildirib: "Düzünü desəm, Azərbaycan millisinin Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi oyunları izləməmişəm. Lakin o, Portuqaliya yığması ilə kuboklar qazanıb. Məhz Santuşun beynəlxalq arenadakı təcrübəsi Azərbaycan komandasına fayda verə bilər. Ümid edirəm ki, gələcəkdə uğurlu nəticələr olacaq".

39 yaşlı keçmiş oyunçu Avropa klublarında azərbaycanlı futbolçuların sayının az olmasına da toxunub: “Rəqabətədavamlı milli komanda formalaşdırmaq üçün oyunçuların legioner həyatı yaşaması çox önəmlidir. Güclü komandalarla və futbolçularla qarşılaşdığın zaman təcrübə qazanmış olursan. Bunun üçün daha çox futbolçu xarici liqalara üz tutmalıdır".

M. Fernandeş futbola qayıtmaq istəmədiyini vurğulayıb: "Məşqçi işləmək fikrim də yoxdur. Karyeram ərzində titullar əldə etmişəm. Bundan məmnunam. Hazırda ölkəmdə menecment üzrə universitet təhsili alıram. Bununla bağlı böyük planlarım var".

Qeyd edək ki, Manuel Fernandeş Portuqaliya millisinin heyətində 15 oyun keçirib və 3 qolla yadda qalıb. O, 2018-ci ildə Rusiyada təşkil edilən dünya çempionatının da iştirakçısı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri