Icma.az
close
up
RU
Maradonanın ölümü ilə bağlı işi araşdıran məhkəmə iki hakimin kənarlaşdırılması ilə bağlı vəsatəti rədd edib

Maradonanın ölümü ilə bağlı işi araşdıran məhkəmə iki hakimin kənarlaşdırılması ilə bağlı vəsatəti rədd edib

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina millisinin heyətində dünya çempionu olmuş Dieqo Maradonanın ölümü ilə bağlı işi araşdıran məhkəmə müdafiə tərəfinin iki hakimin işdən uzaqlaşdırılması ilə bağlı müraciətini rədd edib.

İdman.biz "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Maradonanın şəxsi həkimi və hazırda istintaq altında olan Leopoldo Lukenin vəkilləri iyulda ilk məhkəmə prosesinin ləğvindən sonra yenidən formalaşdırılmış üç hakimli heyətin iki üzvünün kənarlaşdırılması üçün məhkəməyə müraciət ediblər.

Vəkillər həmin hakimlərin qərəzsiz olmayacağı ilə bağlı “müəyyən narahatlıqlara” istinad ediblər. Lakin hakimlər bu vəsatəti rədd edərək qeyd ediblər ki, bu tələb “hüquqi əsası olmayan, yalnız fərdi dəyərləndirmələrə, ehtimallara və fərziyyələrə əsaslanan və prosesi süni şəkildə uzatmağa yönəlmiş” bir cəhddir. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, ilkin məhkəmə prosesi iki ay yarımlıq dinləmələrdən və üç hakimdən birinin bu proseslə bağlı sənədli serialın hazırlanmasında iştirak etməsi və orada baş rolda çıxış etməsi səbəbindən özünü prosesdən uzaqlaşdırmasından sonra mayın sonunda etibarsız hesab edilmişdi.

Maradonanın ölümü ilə bağlı 7 tibbi işçisinə - həkimlərə, psixiatr, psixoloq və tibb bacılarına qarşı “qəsdən adam öldürmə” ittihamı irəli sürülüb. Bu isə onların səhlənkarlığının ölümə səbəb ola biləcəyini bildikləri halda məsuliyyətsizlik göstərmələri kimi qiymətləndirilir. Onları 8 ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. Dünya çempionunun ölüm səbəbi ürək tutması olub. Ölümündən üç həftə əvvəl isə ona subdural hematomanın götürülməsi ilə bağlı beyin əməliyyatı aparılmışdı. 2025-ci ilin martından Argentina San-Isidro şəhərindəki cinayət məhkəməsində bu iş üzrə dinləmələr başlayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri