Marina Silva: İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 noyabr, AZƏRTAC
Braziliya Azərbaycana Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrlə (NDC) sadiqliklə gəlib. Bu xüsusd,a Braziliya başqa ölkələr üçün nümunə olmağa sadiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Braziliyanın ətraf mühit və iqlim naziri xanım Marina Silva COP29 çərçivəsində noyabrın 23-də keçirdiyi mətbuat konfransında deyib.
“Təəssüf ki, biz hələ də iqlim maliyyəsi ilə bağlı razılığa gələ bilmirik, halbuki razılıq eldə etmək üçün imkanımız var, bunun üçün hamımız səylər göstəririk”, - deyə nazir bildirib. O, tərəflərin iqlim maliyyəsi və ədalətli enerji keçidi kimi mühüm məsələlər üzrə razılıq əldə etməli olduqlarını diqqətə çatdırıb.
“İnkişaf etmiş ölkələr iqlim maliyyəsi ilə bağlı üzərilərinə götürülən öhdəliklərini yerinə yetirməlidir”, - deyən Marina Silva əlavə edib ki, bu dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə ayırması inkişafda olan ölkələrə xüsusi güzəşt sayılmamalıdır.
Braziliya rəsmisi bildirib ki, Bakıda olmaqdan və Azərbaycandan COP sədrliyini qəbul edəcəklərindən çox məmnundurlar. “COP-un uğuru bizim birgə göstərdiyimiz səylərin uğuru olmalıdır və biz üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə sadiq qalmalıyıq”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















