Icma.az
close
up
RU
Mariya Stadnik: Milli komandada istedadlı qızlar var MÜSAHİBƏ

Mariya Stadnik: Milli komandada istedadlı qızlar var MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 fevral, Cavid Əliyev, AZƏRTAC

Olimpiya Oyunlarında Azərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının 2 qat qalibi Mariya Stadnik AZƏRTAC-ın suallarını cavablandırıb. Ötən gün U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilən keçmiş güləşçi fikirlərini bölüşüb.

- U-15 və U-17 yaş qrupları ilə işləmək gələcəyin çempionlarını yetişdirmək deməkdir. İlk işiniz nədən başlayacaq?

- İlk növbədə, federasiya rəhbərliyinə mənə etimad göstərdikləri üçünü təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu yaş qrupu çox vacibdir. Çünki gələcək adına əsas fundamenti məhz U-17 və U-15 yaş qrupunda qoyuruq. Artıq Azərbaycan çempionatı bitdikdən sonra fəaliyyətimizə start verilir. Milli komandanın tərkibi formalaşır. Bizi qarşıda təlim-məşq toplanışları gözləyir. Avropa çempionatı öncəsi yoxlama xarakterli beynəlxalq turnirdə də çıxış edəcəyik. Daha sonra qitə birinciliyi ərəfəsində son toplanışımız olacaq. Ardınca isə Avropa çempionatına yollanacağıq.

- Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova ilə birgə çalışacaqsınız. Bu komanda işindən gözləntiləriniz nələrdir?

- Bizim çox yaxşı məşqçi heyətimiz var. Rövşən Umudov Azərbaycan qadın güləşində böyük təcrübəyə sahibdir. Eyni sözləri Solmaz Adilova haqqında da deyə bilərəm. Ölkəmizə medallar qazandıran və böyük perspektiv vəd edən qız güləşçilər yetişdiriblər. Məşqçilik sahəsində debüt etsəm də, onların məşqçilik və mənim idmançı təcrübəmin sintezini yaradaraq maksimum dərəcədə komanda üzvlərinə kömək etməyə çalışacağıq. Ölkəmizi beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Komandama və hər şeyin yaxşı olacağına inanıram.

- Yeniyetmə qızlarımızın potensialını necə dəyərləndirirsiniz?

- Komandamızda bir çox istedadlı qız var. Ötən il ilk dəfə U-15 yaş qrupu üzrə Avropa çempionatında tam heyətlə iştirak etdik. Qızlar bu yarışda ilk medallarını qazandılar və böyük arzuları yolunda önəmli addım atdılar. Mən onlara inanıram.

- Aralarında yeni Mariya Stadniklərin yetişəcəyinə inanırsınızmı?

- Çox istərdim ki, hər biri öz gücünə inansın və adını Azərbaycan qadın güləşi tarixinə yazdırmaq üçün əlindən gələni etsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri