Market və köşklərdə siqaret satışının məhdudlaşdırılması iqtisadi baxımdan...
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
“Paytaxtda bəzi market və köşklərdə siqaret satışının məhdudlaşdırılması iqtisadi baxımdan bir neçə istiqamətdə təsir göstərə bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.
O bildirib ki, təklifin məhdudlaşdırılması qısamüddətli perspektivdə siqaret qiymətlərinin artmasına səbəb ola bilər:
“Qiymət artımı gözlənilən idi, çünki bazarda tələb sabit qaldığı halda təklif azalır. Bu, həmçinin qeyri-rəsmi bazarın genişlənməsinə gətirib çıxara bilər, yəni insanlar siqareti digər, daha bahalı və ya qeyri-qanuni kanallardan almağa yönələ bilər. Məhdudiyyət eyni zamanda dövlətin siqaretin istifadəsini azaltmaq strategiyası ilə uyğunlaşır, bu isə uzunmüddətli sağlamlıq xərclərinə qənaət gətirə bilər. Lakin vergi gəlirləri baxımından qısa müddətdə müəyyən itkilər yarana bilər, çünki satış həcmi azalır”.
Onun sözlərinə görə, marketlər və kiçik satıcılar üçün isə gəlirlərində azalma müşahidə oluna bilər:
“Bununla yanaşı, alternativ məhsulların, məsələn, elektron siqaret və nikotin əvəzedicilərinin satışında artım ola bilər. Belə məhdudiyyətlər bazarın tənzimlənməsi və ictimai sağlamlığın qorunması məqsədini güdür, lakin ticarət subyektləri və istehlakçılar üçün adaptasiya dövrü müəyyən problemlər yarada bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:74
Bu xəbər 22 Dekabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları