Icma.az
close
up
RU
Marko Rubio çinli həmkarı ilə ilk dəfə üz üzə görüşəcək

Marko Rubio çinli həmkarı ilə ilk dəfə üz üzə görüşəcək

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyul, AZƏRTAC

ABŞ dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Van Yi ticarət, müdafiə və digər məsələlər ətrafında artan gərginlik fonunda cümə günü Malayziyada ilk təkbətək görüş keçirəcəklər.

AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, görüş paytaxt Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.

Qəzet qeyd edir ki, ABŞ və Çin ASEAN-ın üzvü olmasa da, regionun bir çox ölkələrinin tərəf tutmaqda ehtiyatlı davranmasına rəğmən hər iki ölkə Cənub-Şərqi Asiya dövlətləri ilə fəal şəkildə əməkdaşlıq edir. Dövlət katibinin açıq cədvəlinə görə, Rubio və Van iyulun 11-də günortadan sonra görüşəcəklər.

Cümə axşamı Marko Rubio Pekinin Ukraynadakı müharibədə Rusiyaya dəstəyini Van Yi ilə müzakirə etmək niyyətində olduğunu bildirib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqlardan qısa müddət sonra deyib: “Çin Rusiyanın səylərini açıq şəkildə dəstəkləyib. Düşünürəm ki, ümumiyyətlə, onlar bunun üstü açılmadan, Moskvaya bacardıqları qədər kömək etməyə hazırdırlar”.

Respublikaçı senator olduğu 14 il ərzində “Çin şahini” kimi tanınan Rubio 2020-ci ildə Pekin tərəfindən qara siyahıya salınıb və hələ də sanksiya altındadır. O, sonuncu dəfə yanvar ayında dövlət katibi vəzifəsinə başlayandan qısa müddət sonra Van Yi ilə telefonla danışıb. Bu, Prezident Donald Trampın artan tarif təhdidləri və Asiya müttəfiqlərinin müdafiə xərclərini artırmaq çağırışları fonunda ABŞ dövlət katibi kimi Rubionun Asiyaya ilk səfəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri