Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master klas təşkil edilib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir zamanı uzun illər dulusçuluq sənəti ilə məşğul olan sənətkar Cəsarət Nuriyev şəhidlərin övladlarına qədim el sənətinin sirlərini öyrədib. Uşaqlar gil kütləsindən müxtəlif əl işləri hazırlayaraq, bu qədim sənət növü ilə yaxından tanış olublar.
Təşkil olunan master-klas həm uşaqların estetik və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verib, həm də onların sosial adaptasiyasını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















