Masallıda Vətən müharibəsi şəhidinin məzarı ziyarət olundu FOTO
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Masallı rayonunun Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin məzarı ziyarət olunub.
Doğru.az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova şəhidimizin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. Ziyarət zamanı gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Arzu Bağırova bildirib ki, belə ziyarətlər şəhidlərimizin qəhrəmanlıq tariximizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün vacibdir:
“Bizim azad və müstəqil yaşamağımız Amid Salayev kimi qəhrəmanların sayəsindədir. Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin gələcəyi üçün böyük önəm daşıyır.”
Ziyarət çərçivəsində şəhidin ailəsi ilə görüş də keçirilib, onların qayğıları dinlənilib və dəstək ifadə olunub.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 İyul 2025 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















