Masazır sakinləri RİSK ALTIINDA Çirkab içində kəsilən toyuqlar hansı marketlərə paylanıb? VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Masazırda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı baxış zamanı müəssisədə sanitar-gigiyenik və baytarlıq tələblərinə əməl edilmədən ev quşlarının kəsildiyi müəyyən edilib. Həmçinin kəsilmiş toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Bax elə narahatedici məqam da elə budur...
Ekspertizadan keçirilmədən satışa verilən bu toyuqlar hansı marketlərdə, hansı satış məntəqələrində satışa çıxarılıb? Bu toyuqlar yalnız Masazır qəsəbəsi ərazisində satılıb, ya satış arealı daha geniş olub?
Yerli sakinlər çox güman ki, marketlərdə sadə sellofan paketlərdə qablaşdırılmış markasız toyuqlardan alıblar, yaxud da dəfələrlə qəsəbə ərazisindəki restoranlarda toyuq yeməkləri və kababları sifariş ediblər. İndi peşman sakinlər ən azından belə natəmiz məhsulların haraya paylanıldığını bilməlidirlər ki, ona görə tədbirlərini alsınlar.
Məsələ ilə bağlı AQTA ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində isə inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.
Belə məlum oldu ki, bu barədə məlumatları ya sexin sahibi Hacıyev Vüqar xüsusi sirr kimi saxlayır və AQTA-ya təqdim etmir...
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















