Masazırda 3 bina işıqsız qalıb, qaz da yoxdur Soyuqdan sakinlər avtomobillərində gecələyir
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən axşamüstündən, daha dəqiq desək, 14:15-dən sonra Masazırda, Səyavuş Aslan küçəsi 1-dəki MTK-da (yaşadığımız binada) işıqlar sönüb. Səbəb isə transformatorun xarab olması göstərilir.
Milli.Az xəbər verir ki, bunu tanınmış şair, jurnalist Tural Turan deyib.
Onun sözlərinə görə, binanın istiliyi elektriklə təmin olunur. Binaya qaz verilməyib.
"Gecə səhərə qədər soyuqdan donmuşuq. Oğlum Mete hazırda 38,5 qızdırma içərisində od tutub yanır. Dünən axşamdan "Azərişıq"a zəng edirəm. Gah dedilər briqada göndəririk. Qurumun mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladım.
Sağ olsun, məsələni diqqətə götürdü, amma sonra verilən cavabdan bir nəticə hasil olmadı. "Azərişıq"-ın sözçüsü Vaqif müəllimin cavabını olduğu kimi təqdim edirəm: "Etiraznızı MTK ya bildirin xahiş edirəm. O bina ümumiyyətlə bizim balansa verilməyib. MTK məsuliyyəti boynundan atmaq üçün bu gün ayılıb. Zəhmət çəkib vaxtında işlərini qanuni şəkildə edərdi. Hazır olmayan, təhvil verilməyən binaya adam köçürməzlər".
Bu cavabdan sonra MTK rəhbərliyinə üz tutdum. Bildirdilər ki, təzə transformatorlar alınıb, "Azərişıq" onların xəttə qoşulması üçün on minlərlə manat rüşvət tələb edir.
Binaya bu vaxta qədər qaz verilməməsinin səbəbini də vaxtilə FHN-nin külli miqdarda rüşvət tələb etməsi ilə əlaqələndirirdilər. Hazırda bina rəhbərliyi qaz xətlərinin çəkildiyini iddia etsələr də, ortada heç nə yoxdur. MTK-ya məxsus hər üç bina qazsızdır.
Əlqərəz, bu gecə səhərə kimu üç binanın sakinləri işıqsız qalıb. Sakinlərin bir qismi gecə səhərə qədər şəxsi avtomobillərdə gecələyiblər. Mənim kimi şəxsi avtomobili olmayanlar isə iki yorğanı üst-üstə sərərək yatıb. Böyük adam bir təhər dözə bilir, bəs xəstə azyaşlıları hara qoyursunuz?! Bu qədər biveclik, rəzillik olmaz axı... Bina rəhbərliyi "Azərişıq"-ı, "Azərişıq" da MTK-nı günahlandırır."
Mehman Əsədov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















