Icma.az
close
up
RU
Maşın almaq istəyənlərə mühüm xəbər: Vəziyyət dəyişir

Maşın almaq istəyənlərə mühüm xəbər: Vəziyyət dəyişir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüksəkdir. Hazırkı proses isə maşın almaq istəyənlər tərəfindən diqqətlə izlənilir.

Avtomobil kreditləri niyə bahalaşıb? Bu,maşın bazarına necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, avtomobil kreditlərinin bahalaşmasının səbəbi tələbatın artması ilə bağlıdır:

Natiq Cəfərli

“Nağd satışlar xeyli azalıb və vətəndaşlar avtomobilləri daha çox kreditlə əldə etmək istəyirlər. Bu, həm də taksi xidmətlərinin yenilənməsi ilə əlaqəlidir. Bilirsiniz, taksi xidmətlərinə ötən il məhdudiyyətlər gətirildi və maşınlar yeniləndi. Bununla da, taksi üçün istifadə olunan avtomobillərin kreditlə satışı artdı və faizlər yüksəldi”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sözügedən kreditlərin bahalaşması yeni avtomobillərə tələbatı azaldacaq, köhnə maşınlarla bağlı əks proses müşahidə olunacaq:

“Bu da Azərbaycan Avtomobil Parkında yenə köhnə maşınların sayını artıracaq. Onsuz da yeni avtomobil almaq çətin idi. Çünki 2016-cı ildə olan devalvasiyadan sonra dollara nisbətdə manatın dəyər itirməsi bazarda olan avtomobillərin qiymətini yüksəltdi. Məsələn, 19 min manata satılan maşının qiyməti 30 min manat oldu. Təbii ki, bu da insanları köhnə nəqliyyat vasitəsi almağa sövq etdi. Beləliklə də, Azərbaycan Avtomobil Parkında köhnəlmə baş verdi”.

Eldəniz Cəfərov

Ekspertin sözlərinə görə, eyni zamanda ölkəyə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə kredit şərtləri sadələşdirildi:

“Həm ilkin, həm də illik ödənişlərin faizi aşağı endirildi. Bu zaman xüsusən, hibrid və elektromobillərə maraq artdı. Bank faizlərinin yüksəlməsi həm satışları azaldacaq, həm də vətəndaşlar daha çox köhnə avtomobillərə üstünlük verəcəklər”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri